2009-cu ilin memarı seçilən, elə həmin gün də bir cinayət işi bəhanə olunaraq müəmmalı şəkildə həbs edilən və haqqında 13 illik ən ağır  cəza kəsilən Azərbaycanın ən parlaq gənclərindən biri olan  və ölkəmizi bütün dünyada layiqincə təmsil etməyə qadir Muxtar Seyfəddin oğlu Vəliyevin Ulu Öndər Heydər Əliyevin xoş xatirəsinə həsr etdiyi

 

BUTA ADASI, GÜNƏŞ ŞƏHƏRİ LAYİHƏSİ. 

MƏHKUMUN YARATDIĞI MEMARLIQ MÖCÜZƏSİ.


09.05.2014-cü il tardə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilətədbir keçirilmişdir.10 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Mirsaleh Seyidov iştirakçıları salamlayaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə keçirilən tədbirlərin davamı olaraq, bu gün müəssisədə cəza çəkən məhkum Muxtar Vəliyevin Ulu Öndərə həsr etdiyi “Buta adası. Günəş şəhəri” layihəsinin təqdimatı təşkil olunmuşdur.      Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyəti barəsində geniş məlumat verdi. Qeyd olundu ki, XX yüzillikdə dəfələrlə istiqlal savaşına qalxmış Azərbaycan xalqı nəhayət əsrin sonunda tarixi torpaqlarımızın bir hissəsində - Şimali Azərbaycanda özünün qədim dövlətçilik ənənələrini dirçəldə bildi. Azərbaycanımız yenidən siyasi varlığa çevrildi. Dünya xəritəsində Azərbaycan Respublikası adlanan dövlətimiz artıq 23 ildir ki yaşayır. Məhz bütün bunlara görə qədirbilən xalqımız ilk növbədə öz dahi oğlu Heydər Əliyevə minnətdardır. Dünya tarixinin başqa dahi şəxsiyyətləri kimi, Heydər Əliyev də öz xalqının müqəddəratının həll olunduğu çox çətin mübarizələrlə, kəskin ziddiyyətlərlə dolu olan bir dövrdə - XX yüzilliyin doğurduğu çətin şəraitdə yetişmişdir.      Müəssisədə cəza çəkən məhkum Muxtar Vəliyevin Ulu Öndərin 91 iliiyinə həsr etdiyi “Buta adası. Günəş şəhəri” layihəsi barədə tədbir iştirakçılarına məlumat verildi. Heydər Əliyev irsinin araşdırılması və Milli Siyasət Akademiyası üçün nəzərdə tutulmuş bina, Gənclər Mərkəzi, İdman Mərkəzi, Günəş Qalası, Qorqud Qalası, müxtəlif otellər və əyləncə mərkəzlərinin daxil olduğu 91 tikilidən ibarət layihə maraqla qarşılanmışdır.      Tədbirə dəvət olunmuş memar-kostruktor, Şöhrət ordenli Seyfəddin Vəliyev və memar dizayner Anar Quliyev layihə barəsində müsbət fikirlərini bildirmiş, cəza çəkən xüsusi qabiliyyətə malik istedadlı məhkumlar üçün müəssisədə yaradılmış şəraitə görə Ədliyyə nazirliyinin və Penitensiar xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, keçirilən belə tədbirlərin islah işində səmərəli rolu olduğunu bildirmişlər.

         Həmçının tədbirdə ANS, Azad Azərbaycan, Lider, Space, Xəzər televiziyası və digər kütləvi informasiya vasitələri iştirak etdilər. Kütləvi informasiya vasitələri qarşısında  müsahibə verən Muxtar Vəliyev bildirdi ki, müəssisədə olduğu müddətdə bu ideya onda formalaşmış və böyük maraq  oyatmışdır. “Mən düşündüm ki, Ulu Öndər heydər Əliyevin 90 illiyinə laihələr hazırlayım və bu laihələri onun əziz xatirəsinə  həsr edim.Lakin 90 dənə misilsiz və analoqu olmayan laihəni vaxt baxımından çatdıra bilmədim. Buna baxmayaraq mən həvəsdən düşmədim və başladığım işi sona çatdırmağa qərar verdim. Beləliklə də mən qarşıma qoyduğum məqsədimə nail oldum və bu gün Ulu Öndərə həsr etdiyim layihələri İctimaiyyətə təqdim etdim.  
 Laihələr barədə isə onu deyə bilərəm ki;     

     Heydər Əliyevin irsinin araşdırılması və siyasət akademiyası haqda: Elmin,biliyin beşiyi kitabdır.Kitab formasında olan bu əzəmətli bina dünya tarixinin dahi şəxsiyyətlərindən biri,ulu öndər Heydər Əliyev irsinin araşdırılması və dünya siyasəti ilə məşğul olan gənclərin hazırlanması üçün nəzərdə tutulmuş Akademiya binası.Bilirsiniz ki, dünyanın inkşaf etmiş ölkələrində Harvard, Oksford kimi müasir təhsil ocaqları və elm mərkəəzləri vardır. Çox düşündükdən sonra özümə sual verdim. Nə üçün Azərbaycanda Heydər Əliyevin İrsinin araşdırılması və siyasət akademiyası yoxdur? Axı Ulu Öndərin keçdiyi həyat yolu bizlər üçün və daha önəmlisi gənc siyasətçilər üçün əsl örnəkdir. Beləliklə də mən Heydər Əliyevin İrsinin araşdırılması və siyasət akademiyası layihəsini işlədim və sizlərə təqdim etdim. Hər bir memarlıq əsərinin öz fəlsəfəsi və öz tarixi olur. 


     Bilirsiniz ki, elmin mənbəyi, biliyin beşiyi kitabdır.Hətta uca yaradan öz bəndələrinə müraciətini elçiləri vasitəsi ilə,kitablarla çatdırır.Buna misal Tövrat, Zəbur, İncil və Qurani Kərimdir. Mənim düşüncəmdə Ulu Öndər Heydər Əliyevin İrsi də biz cavanlara bir elm və milli mənəviyyat dərsliyidir. Bu baxımdan mən Heydər Əliyevin İrsinin Araşdırılması və Siyasət Akademiyasının layihəsini məhz kitab formasında vermişəm. Siyasətçi olmaq istəyən gənclərimiz, Heydər Əliyevin irsini araşdırmaq istəyən gənclərimiz, Milli mənəvi ruhumuzu dərindən araşdırmaq istəyən gənclərimiz məhz bu elm ocağına üz tutacaqlar və bu ocaqda dünyanın aparıcı siyasətçiləri, dövlət və ictimai xadimləri yetişəcəkdir.


 Mən bu layihəni Ulu Öndərin əziz xatirəsinə həsr etdim. Və bu layihəni bu gün Azərbaycanda böyük layihələrin həyata keçirilməsinə rəhbərlik etmiş, Heydər Əliyev fonduna və şəxsən fondun prezidenti Millət vəkili,YUNESKO və İSESKO-nun xoş məramlı səfiri,Azərbaycanın birinci xanımı,çox hörmətli Mehriban xanım Əliyevaya hədiyyə edirəm və arzu edirəm ki, Ulu öndər Heydər Əliyevə həsr etdiyim bu layihə məhz Heydər Əliyevin adını daşıyan, Heydər Əliyev Fondu və rəhbərliyi tərəfindən həyata keçsin. 



 Buta adası Günəş şəhəri layihəsi haqqında;    

     Yeni su üzərində şəhər mərkəzi.Azərbaycan simvolları və iqtisadi inkşaf göstəricisi.Ekosistem. Ərazisi 450000 kvadrat metr. Müxtəliflik, Şəbəkə, Nano texnalogiyalar, otellər, parklar və yaşayış binalarından ibarətdir. Həmçinin dünyanın ən hündür göydələni, mədəniyyət, idman, əyləncə mərkəzləri, yüksək təhsil və elm ocaqları, dinamik memarlıq və hərəkətli binalar, gəmiçilik klubları və kinetik memarlıq bu layihədə yer almaqdadır. Azərbaycanın əsrarəngiz gözəlliyə malik istirahət parkı olan Buta park. Azərbaycanın Milli rəmzi olan butalardan ibarət Buta adası istirahət və yaşayış kompleksidir. Regionun inkşaf etmiş ən qüdrətli iqtisadi dövləti olan Azərbaycan vətəndaşlarının istirahəti üçün nəzərdə tutulmuş ailəvi istirahət mərkəzi.



 Layihənin ərazisi milli simvollarımızdan olan Buta formasının üzərində yerləşir. Altı ədəd butanın birləşməsindən ibarət olan bu ada, bir növ ərazi olaraq milli müasir memarlıq inciləri siyahısına əlavə edilə biər. Bildiyiniz kimi buna misal olaraq, ərəb əmirliklərində yerləşən Palma adası da  Birləşmiş Ərəb Əmirliklərinin  milli simvollarından  sayılır. Belə ki, palma şəkili və forması onların  milli simvolu kimi bayraqlarının da üzərində öz əksini tapmaqdadır. Hər bir layihə miqyasından asılı olmayaraq, özündə millilik ruhu daşımalıdır. Günəş şəhəri adına gəlincə isə, Ali təfəkkür sahibi olan Nizami Gəncəvinin İskəndərnamə əsərində, böyük sərkərdə İskəndərə peyğəmbərlik verilməsi üçün ağ şəhərə - Günəş şəhərinə gəlir.Böyük mütəfəkkir Nizami Gəncəvinin əsərində Günəş şəhəri ədalət və bərabərlik şəhəri kimi qeyd olunur. Mən Buta adası Günəş şəhərinin ruhunu Nizami Gəncəvinin İskəndərnamə əsərinin fəlsəfəsindən almışam. 

Azərbaycan qalası;Dünyanın ən hündür göydələnini. Hündürlük 1062 metr    

      Azərbaycanı alınmaz və məğlubedilməz qalaya çevirmiş Ulu Öndər heydər Əliyev və onun laiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin yaratdıqları azərbaycana layiq mötəşəm qala. Dünyanın ən hündür binasıdır. Hündürlüyü  1.062 metrdir. Bu layihənin və ümumiyyətlə Buta adası Günəş şəhərinin analoqu yoxdur.  

   


Mələk qalası layihəsi; Hündürlük  260 metr 

    Azərbaycanda xeyriyyəçilik və humanist işlərlə məşğul olan mələk simalı insan Mehriban xanım Əliyevaya həsr olunub. Bu layihə, öz ruhunu, fəlsəfəsini və gözəlliyini  Mehriban xanımın Respublikamızda və onun sərhədlərindən kənarda etdiyi xeyriyyəçilik əməllərindən alır. Mən Mehriban xanımı düşüncələrimdə bir memar olaraq bu cür təsəvvür edirəm. Mən Mehriban xanımın böyük xeyriyyəçilik  əməllərini və ruhunu bu layihə ilə göstərmək istəmişəm. Düşünürəm ki, mənim qandallı əllərimin yaratdığı bu əsər nə zamansa ərsəyə gələr.


Çingiz qalası layihəsi;Hündürlük  203 metr

     Milli Qəhrəman Çingiz mustafayevə həsr olunur. Qalaya diqqətlə fikir versəniz siz binanın sanki sinəsini önə vermiş bir insanı görəcəksiniz. Çünki əldə silah yox, məhz kamera ilə düşmən qarşısında olmaq bu hər an ölümü gözünün qarşısına gətirmək deməkdir. Qarabağ hadisələrinə biz bu gün məhz onun gözləri ilə baxırıq. Məhz onun çəkilişləri gələcək nəsillərə bir tarix olaraq qalacaqdır. Bu mətinlik, şücaət və cəsarətdir. Mən Milli qəhrəmanım Çingiz Musafayevi bu cür təsəvvür edirəm. Milli Qəhrəmanın şərəfli döyüş yolu və düşmənə qarşı əlində kamera ilə mübarizəsi binanın bu formada ərsəyə gəlməsinə ilham verib. Qoy ruhun şad olsun ey Azərbaycan övladı. Amin. Mən səninlə fəxr edirəm.




 Mübariz qalası; Hündürlük  240 metr 

    Mübariz qalası. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş qəhrəmanlıq və  məğlubedilməzlik  qalası. Bu layihəni mən işləyərkən onun atdığı addımın millətim üçün nə qədər şərəfli və mənfur erməni düşmənlərimiz üçün necə ağır olduğunu anlamışam. Bu layihəni işləmədən öncə Mübarizin həyatından bəhs edən ədəbiyyatlarla tanış oldum. Onun milli ruhunu hiss etdim. Və sonda bu layihə ərsəyə gəldi. Layıhəyə diqqət yetirsəniz  onun forma baxımından bir silaha oxşamasını və məhz yuxarı hissəsinin iynə kimi olmasını görərsiniz. Sanki bu binana götürərək mənfur düşmənimiz erməninin ürəyinə sancmaq üçün yaradılıb.Milli Qəhrəmanın şərəfli döyüş yolu və düşmənə qarşı vuruşması binanın bu formada ərsəyə gəlməsinə ilham verib. Qoy ruhun şad olsun ey Azərbaycan övladı. Amin. Mən səninlə fəxr edirəm. 




Azadlıq qalası; Hündürlük  290 metr

     Azərbaycanda demokratik, hüquqi və dünyavi dövltin simvolu olan Azadlıq qalası layihəsi. Bu layihə doğma vətənimiz Azərbaycanın azadlığına onun suverenliyinə həsr etmişəm. Uzun illər öz müstəqilliyinə qovuşa bilməyən və nəticədə öz qanı bahasına qovuşan bir millətin simvoludur. Lyihəyə fikir versəniz, görəcəksiniz ki. Sanki hər tərəfdən sıx bağlanan və əhatə olunan bu bina nəhayət ki,üzü səmalara tərəf yenidən doğulur. Binanın içərisindən daha yeni bir bina yüksəlir. Bu yüksəliş azadlığın yüksəlişi və Azəraycanda gedən inkşafın yüksəlişidir. Turan qalası;Hündürlük  241 metr.



  

Tükdən başqa dostu olmayan Türkün, Türkçülük rəmzi və beşiyi olan alınmaz Turan qalası.

     Bu layihəni böyük TÜRK DÜNYASINA həsr etmişəm. Layihə mənim ruhumla yogrulub. Atamın mənə hələ uşaq ikən verdiyi nəsihətləri, anamın beşiyim ustə oxuduğu laylalarının səsidir bu laihə. Bu layihəni işləyərkən mən Türk dünyasını qəlbimdə və düşüncələrimdə necə təsəvvür etmişəmsə, elə də əllərim onu çəkib. Bu layihə mənim TÜRK DÜNYASI ilə bağlı bütün arzu və istəklərimi özündə cəmləşdirib.Bir birinə arxa və dayaq olan TÜRK DÜNYASI layihədə aşkar ifadə olunub. Yaşasın TÜRK DÜNYASI yaşasın TURAN ELİ. 




Bakı qalası; Hündürlük  253 metr. 

    Ərk,Bəz və başqa bu kimi əzəmətli qalaları ilə tanınan Azərbaycanın məğlubedilməzlik simvolu olan müasir Bakı qalası. Dünya tarixində yüzlərcə qalalar var. Müasir Bakı qalasının layihəsi, gündən – günə abadlaşan və inkşaf edən paytaxt rəmzi kimi layihələndirilib. Müasirlik və dinamik inkşafı özündə əks etdirir. Regionun inkşaf etmiş ən qüdrətli iqtisadi dövləti olan Azərbaycan vətəndaşlarının və xarici vətəndaşların zövqlərini oxşamaq üçün nəzərdə tutulmuş biznes və əyləncə mərkəzi. 




Şəfəq palas; Hündürlük  180 metr.

     Dünyaya Azadlıq, Demokratiya və Humanizm nuru saçan Azərbaycanın Şəfəq sarayı. Bu layihəni mən, mənə əziz və doğma olan bir insana həsr etmişəm. O insana ki, məhz bütün bu layihələrin hazırlanmasında mənim əsas ilham mənbəyim olub. Mənə inanıb, və bu çətin günlərdə daim qayğısını və sevgisini azaltmayıb. Dərin ehtiramla qarşında baş əyirəm.



 

Heydər Əliyev adına Gənclər Mərkəzi.

     Azərbaycanda uğurla aparılan gənclər siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin adını daşıyan əzəmətli mərkəz. Bu komplek tədris, mariflənmə, kitabxana, idman, mədəniyyət, istirahət və bu kimi bir çax faydalı funksiyaları özündə cəmləşdirir. Layihənin əsas fəlsəfəsi ondan ibarətdir ki, dünyanı yeni düşüncə,yeni ideyalar saxlayır, formalaşdırır və gözəlləşdirir. Məhz buna görə mən layihədə, dünyanı bir növ kreativ formalarla əhatə etmişəm.



     

     Bilirsiniz ki, bu layihələri mən zindanda hazırladım və tək ərsəyə gətirdim. Dövlət başçımızin apardığı uğurlu siyasət nəticəsində doğma vətənim Azərbaycan gündən günə inkşaf edir. Əfsuslar olsun ki, rüşvətxorluq və məmur özbaşınalığı ilə mübarizə davam etsə də, bu ləkənin kökü  hələdə kəsilməyib. Bu ləkə Azərbaycan gəncliyinə və gələcəyinə böyük zərbədir. Məndə bu kimi neqativ halın qurbanı olmuşam. Lakin təslim olmuram.İstərdim ki, hər bir Azərbaycan vətəndaşı bilsin ki, həyatda mənim rastlaşdığım bütün çətinliklərə, haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq mən bir daha deyirəm “Mənim üçün ailəm – həyat yoldaşım, uşaqlarım, atam, anam və qardaşlarım böyük ilham mənbəyi, qonşularım və dostlarım etibarlı sirdaş, vətənim dünyanın ən gözəl ölkəsi,xalqım mənəvi dayaq, Prezidentim isə sevimli Liderimdir. Bunlar mənim qürur mənbəyimdir. Çünki mən Azərbaycanlıyam.

 Daha ətraflı təqdimat mərasimində izləyə bilərsiniz.  








TƏDBİR XƏZƏR TELEVİZİYASI VASİTƏSİ İLƏ REZONANS PROQRAMINDA İCTİMAİYYƏTİN DİQQƏTİNƏ ÇATDIRILDI.

VİDEO TƏQDİMATI SEYR EDİN


ULU ÖNDƏR HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN XOŞ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ BUTA ADASI GÜNƏŞ ŞƏHƏRİ.

VİDEO PREZENTASİYA SEYR EDİN


ŞƏKİLLƏRLƏ SEYR EDİN





































0 коммент.:

Post a Comment

 
Top