DİQQƏT!

MUXTAR VƏLİYEVDƏN CİNAYƏTKAR OBRAZI YARATMAQ  MƏQSƏDİ İLƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ SIZDIRILMIŞ QONDARMA İTTİHAMLAR. KÜTLƏVİ DEZİNFORMASİYA.
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ MƏQSƏDYÖNLÜ ŞƏKİLDƏ SIZDIRILMIŞ MUXTAR SEYFƏDDİN OĞLU VƏLİYEVƏ  QARŞI
QONDARMA İTTİHAMLARIN PİAR KOMPANİYASI.

2009-cu ilin memarı seçilən, elə həmin gün dəbir cinayət işi bəhanə olunaraq müəmmalı şəkildə həbs edilən və haqqında 13 illik ən ağır  cəza kəsilən Azərbaycanın ən parlaq gənclərindən biri olan  və ölkəmizi bütün dünyada layiqincə təmsil etməyə qadir Muxtar Seyfəddin oğlu Vəliyevə qarşı aparılan çirkin reklam kompaniyası. Sizlərə təqdim olunmuş video çəkilişlər ANS və Azərbaycan telekanalı vasitəsi ilə, digər şəxsiyyətə ləkə xarakterli məlumatları isə sosial şəbəkələrdə və digər kütləvi informasiya vasitələri ilə yayımlamışlar.
     Aşağıda diqqətinizə təqdim olunmuş çəkiliş Muxtar Vəliyevin həbsindən 3 gün sonra, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında həyata keçirilmişdir. Ağır mənəvi və fiziki işgəncələrdən və üç günlük yuxusuzluqdan sonra Muxtar Vəliyevi kamera qarşısında otuzduraraq ondan müsahibə alan müstəntiq, dəfələrlə çəkilişi dayandırmağına baxmayaraq, Muxtar Vəliyev haqq sözünü demişdir. Çəkiliş İstintaq idarəsi tərəfindən montaj edilərək az bir hissəsi yayımlanmışdır. Acınacaqlı məqam isə ondan ibarətdir ki, hələ Muxta Vəliyevə qarşı qondarma ittihamlar öz təsdiqini tapmamış onu bütün Azərbaycan İctimaiyyətinə cinayətkar kimi təqdim etmişlər. Bununla onun şərəf və ləyaqətini təhqir etmişdilər. Daha ətraflı məlumat Muxtar Vəliyevin gündəliyindən və Cinayət İşi bölməsindən ala bilərsiniz.

ANS TELEVİZİYASI VASİTƏSİ İLƏ YAYIMLANMIŞ KÜTLƏVİ DEZİNFORMASİYA



AZƏRBAYCAN TELEVİZİYASI VASİTƏSİ İLƏ YAYIMLANMIŞ KÜTLƏVİ DEZİNFORMASİYA




SOSİAL ŞƏBƏKƏLƏRDƏ YAYIMLANMIŞ KÜTLƏVİ DEZİNFORMASİYA



0 коммент.:

Post a Comment

 
Top