HÖRMƏTLİ MİLLİ İRS SƏHİFƏSİNİN QOBAQLARIBU SƏHİFƏ MUXTAR SEYFƏDDİN OĞLU VƏLİYEVİN HÜQUQLARININ MÜDAFİƏSİ VƏ HAQQ SÖZÜMÜZÜ AZƏRBAYCAN GƏNCLİYİNƏ VƏ İCTİMAİYYƏTİNƏ ÇATDIRMAQ MƏQSƏDİ İLƏ YARADILMIŞDIR. 2009 CU İLİN MEMARI SEÇİLƏN ELƏ HƏMİN GÜN DƏ BİR CİNAYƏT İŞİ BƏHANƏ OLUNARAQ MÜƏMMALI ŞƏKİLDƏ HƏPS EDİLƏN, MƏMUR ÖZBAŞINALIĞI VƏ RÜŞVƏTXORLUQ NƏTİCƏSİNDƏ SİFARİŞ OLUNARAQ, HAQQINDA 13 İLLİK ƏN AĞIR CƏZA KƏSİLƏN AZƏRBAYCANIN ƏN PARLAQ GƏNCLƏRİNDƏN BİRİ OLAN VƏ ÖLKƏMİZİ BÜTÜN DÜNYADA LAİQİNCƏ TƏMSİL ETMƏYƏ QADİR MEMAR DİZAYNER MUXTAR SEYFƏDDİN OĞLU VƏLİYEV VƏ ONUN AİLƏSİ FACİƏLƏRLƏ ÜZLƏŞMİŞLƏR. BURADA SİZ GƏNC MEMAR MUXTAR SEYFƏDDİN OĞLU VƏLİYEVİN YARATDIĞI VƏ ÖLKƏMİZİ BU GÜN DƏ BƏZƏYƏN MÖHTƏŞƏM LAYİHƏLƏRİ, ONUN HƏBSİ SƏBƏBLƏRİ, MƏMUR ÖZBAŞINALIĞI FAKTLARI, RUŞVƏTXORLUQ FAKTLARI, BU GÜNƏ KİMİ İCTİMAİYYƏTDƏN GİZLƏDİLMİŞ HƏR KƏSİN MARAĞINA SƏBƏB OLACAQ FAKTLARLA TANIŞ OLACAQSINIZ. BU ƏDALƏTSİZLİK DAVAM ETMƏKDƏDİR. MƏQSƏDİMİZ BU ƏDALƏTSİZLİYƏ SON QOYMAQ VƏ SƏSİMİZİ HAKIMIYYƏT YETKİLİLƏRİNƏ ÇATDIRMAQDIR.


MUXTAR VƏLİYEV KİMDİR.



    Azərbaycanlı gənc memar – dizayner Muxtar Seyfəddin oğlu Vəliyev 1981 ci il 25 Sentyabr, Sumqayıt şəhərində, ziyalı ailəsində dünyaya gəlmişdir. Atası memar – konstruktor Seyfəddin Hümbət oğlu Vəliyev, anası Fortopiano müəlliməsi Vəliyeva Mina Muxtar qızıdır. Ali təhsilli memar-dizayner olmaqla yanaşı xsusi müsiqi təhsili də almışdır. Ailəlidir.Üç azyaşlı  övladı var.

     Muxtar Vəliyev bu gün nəinki Azərbaycanda, bütün dünyada analoqu olmayan nəhəng və heyrətamiz layihələri ilə söz demək iqtidarında olan, Müasir Azərbaycan memarlığının inciləri siyahısına imza atan, inşaat, memarlıq və dizayn sahəsində peşəkar heyyətə rəhbərlik edən gənc və kreativ düşüncəli memar – dizaynerdir.  Muxtar Vəliyev Azərbaycan memarlıq sənətinin tarixini mükəmməl bilməklə, onun keçmişini tam araşdırmaqla yanaşı müasir memarlığı daha da inkşaf etdirmək məqsədi ilə Avropanın bu sahədə tanınmış İnstitutları , memarları və dizaynerləri ilə çiyin çiyinə çalışır, onları tez – tez Azərbaycana dəvət edir. Qardaş Türkiyədə, İtalyada, Fransada və digər Avropa ölkələrində  təşkil olunmuş mötəbər sərgi və konfranslarda iştirak edir.

     Muxtar Vəliyev “MASTER- DİZAYN” və “VMS CONSTRACTİON” şirkətinin rəhbəridir. Onun bir Azərbaycanlı gənc memar – dizayner kimi arzusu və amalı misli görünməyən müasir laihələri ilə doğma Azərbaycanı gözəlləşdirmək və müasir memarlıq incisi kimi bütün dünyaya tanıtmaqdır.”Harward Business Review” və “Architekture Today” kimi Avropanın ən tanınmış və mötəbər jurnallarında Muxtar Vəliyev müsahibə verən zaman son sözünü, “Məqsədim heç də müasir layihələrimi Azərbaycanda gerçəkləşdirmək deyil, öndə duran məqsədim doğma yurdum Azərbaycanı müasir memarlıq incisi kimi bütün dünyaya tanıtmaqdır ” deyərək bitirmişdir. 

    2005 ci ildən müstəqil fəaliyyətə başlayan,böyük memarlar yetişdirən Vəlioğulları nəslinin nümayəndəsi, Muxtar Seyfəddin oğlu Vəliyev Azərbaycanda inşa edilən bir çox möhtəşəm layihələrin müəllifidir.Lakin 2009-cu ildə Gülüstan sarayında keçirilən “İlin Layihəsi” müsabiqəsində ,Zümrüd sarayını təqdim etmiş və qalib olmuş, “İlin  Memarı” seçilən, elə həmin gün də bir cinayət işi bəhanə olunaraq müəmmalı şəkildə həbs edilən və haqqında 13 illik ən ağır  cəza kəsilən Azərbaycanın ən parlaq gənclərindən biri olan  və ölkəmizi bütün dünyada layiqincə təmsil etməyə qadir Muxtar Seyfəddin oğlu Vəliyev, məmur özbaşınalığının və rüşvətxorluğun qurbanı olmuşdur. Bu ədalətsizlik hələdə davam etməkdədir.Sizlərə təqdim etdiyimiz bu səhifə Muxtar Vəliyevin həyat və yaradıcılığına həsr edilmişdir.Bunları sizə təqdim etməkdə məqsədimiz həm də səsimizi hakimiyyət yetkililərinə çatdırmaqdır.


Muxtarla görüşlərimiz zamanı söhbət edərəkən onun bu haqda fikrini öyrəndik. Əlavə şərh vermədən onun cavabını sizlərin diqqətinə çatdırırıq.

    " Mən Azərbaycanlıyam və bununlada fəxr edirəm. Başıma gələn faciələrə isə münasibətim belədir. Mənim varlığım, vicdanım, sevgim, istedadım mənim xalqımındır. Ruhum Allahın. Nə qədər ki, yaşayıram yaradacam! Məni günahsız ittiham edənlər gec tez vicdanları qarşısında, zamanla isə tarix qarşısında cavab verəcəklər.Mənim üçün ailəm – həyat yoldaşım,uşaqlarım,atam,anam və qardaşlarım böyük ilham mənbəyi,qonşularım və dostlarım etibarlı sirdaş,vətənim dünyanın ən gözəl ölkəsi,xalqım isə mənəvi dayağımdır!
     Bunlar mənim qürur mənbəyimdir.Çünki mən Azərbaycanlıyam. Allahdan bir arzum var. Məmur özbaşınalığının son qurbanı mən olum... Amin" 



Dövlət başçısı İlham Əliyevin məmurlara göstərişi. 


VİDEONU SEYR ET




Əfsuslar olsun ki, Azərbaycanlı gənc memar - dizayner  Muxtar Seyfəddin oğlu Vəliyevi günahsız yerə həbs edən məmurlar hələdə öz cəzalarını almayıblar. Bu ədalətsizlik artıq 6 ildir ki davam etməkdədir. 



Hörmətli qonaqlar təqdim olunmuş saytın xronologiyasını sizlərə təqdim edirik.



1. MUXTAR VƏLİYEV KİMDİR ? MUXTAR VƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA MASTER DİZAYN ŞİRKƏTİNİN YARANMASI, 2005, 2006, 2007, 2008 Cİ İLLƏRDƏ FƏALİYYƏTİ. İDEYA VƏ MƏQSƏD. MÜSAHİBƏLƏR.

     Muxtar Seyfəddin oğlu Vəliyev haqqında qısa məlumat. Onun həyat və yaradıcılığına həsr olunub."MASTER DİZAYN" şirkətinin Muxtar Vəliyevin rəhbərliyi altında yaradılması, 2005. 2006, 2007, 2008 cı illərdə fəaliyyəti. İdeyalar və qarşıya qoyulan məqsədlər. Onun İçəri şəhər haqqında düşüncələri. Master Dizayn kollektivi və məqsədləri barədə qısa müsahibə.



5. MUXTAR VƏLİYEVİN MÜƏLLİFİ OLDUĞU VƏ BU GÜN ÖLKƏMİZİ VƏDÜNYANIN BİR ÇOX ÖLKƏLƏRİNİ BƏZƏMƏKDƏ OLAN LAYİHƏLƏRİ.


     MuxtarVəliyevin yaratdığı və bu gün ölkəmizi və dünyanın bir çox ölkələrini bəzəməkdə olan layihələri bu bölmədə sizlərin diqqətinə çatdırılmışdır. Onun kreativ düşüncələri və real layihələr.


"VMS PROFESSİONALS" şirkətinin yaranması, məqsəd və arzular. "VMS PROFESSİONALS" şirkətinin qısa müddət ərzində gördüyü işlər. Muxtar Vəliyevin 2009 cu illərdə əldə etdiyi uğurlar.


Ona edilən hədələrə və təhdidlərə baxmayaraq o, 2009 cu ilin memarı seçildi. Zümrüd sarayı layihəsini doğma vətəni üçün hazırlandı. Elə o gün də bir cinaət işi bəhanə olunaraq müəmmalı şəkildə həbs olundu. Faciənin ilkin anı. Muxtar Seyfəddin oğlu Vəliyevin həbsinin təfərrüatları. Daha ətraflı Muxtar Vəliyevin gündəliyindən.


Kütləvi informasiya vasitələrinə sızdırılmış yalnış və məqsədyönlü məlumat. Muxtar Vəliyevdən cinayətkar obrazı yaratmağa doğru yönəlmiş QARA PİAR KOMPANİYA. Muxtar Vəliyevin məhvinə yönləndirilmiş kütləvi dezinformasiya. 

12. CİNAYƏT İŞİ.QƏBUL OLUNMAYAN REALLIQ.HƏQİQƏT OLDUĞUKİMİ.MƏMUR ÖZBAŞINALIĞI FAKTLARLA. 

İstintaq zamanı qanun pozuntuları faktlarla. İstintaq zamanı İstintaq zamanı fiziki təzyiqlərə məruz qalan Muxtar Vəliyevə verilən işgəncələr faktlarla. Məmur özbaşınalığı faktlarla. Rüşvətxorluq faktlarla. Cinayət işini alt üst edən video və audio görüntülər və səs yazmalar.


Sizlərə Muxtar Seyfəddin oğlu Vəliyevin həyat və yaradıcılığını, qanunsuz həbsini tam təfərrüatları ilətəqdim edirik.Burada siz gənc Azərbaycanlının üzləşdiyi haqsızlıqlar, yaşadığı ədalətsizliklə, məmur özbaşınalığı faktı, rüşvətxorluq faktı, dövlət və ictimai xadimlərin iç üzü ilə tanış olacaqsınız. Muxtar Vəliyevin bir qrup dələduz tərəfindən aldadılmasının və bu dələduzlara himayədarlıq edən bu günki dövlət məmurlarının bu günə kimi ictimaiyyətdən gizlətdikləri faktlarla tanış olacaqsınız. Bir sözlə hər birinizə maraqlı bir insanlıq faciəsi ilə tanış olacaqsınız.


Muxtar Seyfəddin oğlu Vəliyevin düşüncələri. Həyat insanı dəyişmir, yaşananlar dəyişir.....


Muxtar Seyfəddin oğlu Vəliyevin həbsdə olduğu zaman, məhdud imkanlarla yaratdığı və ərsəyə gətirdiyi möhtəşəm və analoqu olmayan Buta Adası Günəş Şəhəri kompleksi. Diqqət bu memarlıq əsəri ölkəmizin və dünyanın bir çox tanınmış memarlarını təcübləndirmiş və Muxtar Seyfəddin oğlu Vəliyevin məhkum olmasına baxmayaraq onun vətənə və xalqına sadiqliyinin nümunəsidir. 2014 cü ildə Heydər Əliyevin 91 illiyinə həsr etdiyi bu layihənin təqdimatı 10 saylı cəzaçəkmə müəssisəsində Heydər Əliyevin anadan olduğu gündə keçirildi. Təqdimat mərasimi Xəzər, ANS və Sace televiziya kanallarında Respublika İctimaiyyətinə təqdim olundu.

Azərbaycan Respublikası Ziyalılarının və Sumqayıt İctimaiyyətinin Müraciəti

      Bir qrup cinayətkar tərəfindən aldadılaraq onların çirkin əməllərinin günahsız qurbanına çevrilməklə 13 il müddətinə  azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş gənc memar – dizayner Muxtar Seyfəddin oğlu Vəliyevın həbsdə olduğu müddətdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr etdiyi Buta adası, Günəş şəhəri adlı memarlıq əsərlərinin “Xəzər” televiziyasının “Rezonans” verlişinin 14 may 2014 cü il tarixli buraxılışında nümaiş itdirilməsindən sonra 1600 nəfərdən çox Sumqayıt şəhər İctimaiyyəti və qonşu bölgələrin sakinlərinin Prezident cənab İlham Əliyev başda olmaqla, Akademik Ramiz Mehtiyevə və Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun Prezidenti,millət vəkili Mehriban xanım Əliyevaya müraciət edərək bu istedadlı gəncin Əfv olunmasını, ona qarşı humanistlik göstərilməsini xahiş etmişlər. 1600 nəfərdən çox Sumqayıt şəhər İctimaiyyətinin və qonşu bölgələrin sakinlərinin həmin müraciətləri gənc memar – dizayner Muxtar Vəliyevin atası qocaman memar Vəliyev Seyfəddin Hümbət oğlu tərəfindən ünvan sahiblərinə çatdırılmışdır.


16. MUXTAR VƏLİYEV "REZONANS" TELELAYİHƏSİNDƏ.MƏHKUMLARA VERDİYİ TÖHVƏLƏR. MƏHKUM HƏYATI OLDUĞU KİMİ.

Bir aparıcı kimi Gənc Memar – Dizayner Muxtar Vəliyevin başlıca məqsədi bu günki həbsxana reallıqlarını tam çılpaqlığı ilə tamaşaçıya çatdırmaqla Azərbaycan gəncliyini cinayətkarlıqdan çəkindirmək və ölkəmizdə sabitliyə nail olmaqdır.

MUXTAR VƏLİYEV : “GƏNCLƏRİN NARKOMANİYADAN VƏ CİNAYƏTKARLIQDAN ÇƏKİNDİRİLMƏSİ HƏR BİR AZƏRBAYCANLININ BAŞLICA MƏQSƏDİ OLMALIDIR ! MƏN BU GÜN MƏHKUM OLSAM DA ÖZ VƏTƏNDAŞLIQ BORCUMU YERİNƏ YETİRMƏLİYƏM ! ”



17. AZƏRBAYCAN GƏNCLİYİ BU ƏDALƏTSİZLİYƏ YOX DEYİR 


Sosial şəbəkələrdə və  saytlarda yazılan şərhlərlə sizi tanış edirik.



_________________________________________________




MASTER DİZAYN ŞİRKƏTİNİN YARANMASI. İDEYA VƏ MƏQSƏD.















VİDEO PREZENTASİYANI SEYR ET.






_____________________________________________________________________________


MÜSAHİBƏ.








__________________________________________________________________________




Master Dizayn şirkəti 2005 ci ildə rəsmi olaraq Memar-Dizayner Muxtar Seyfəddin oğlu Vəliyev tərəfindən yaradılmışdır. Şirkət rəsmən yaradılarkən Muxtar Vəliyevin 25 yaşı vardır.Master Dizayn şirkətinin yaradılmasında onun əsas məqsədi Memarlıq və Dizayn sənətini sevən,həvəskar və profesional insanları bir araya toplamaq,bilikləri paylaşmaq,təkmilləşmək və inkşaf etdirmək idi.Master Dizayn fəliyyəti zamanı 1000 dən çox layihələrə imza atmış, Avropa Layihə İnstitutları ilə əməkdaşlıq etmişdir. Əsas fəaliyyət növü, evlərin İnteryer dizaynı, Landşaft dizaynı, Fito dizayn, Eksteryer dizaynı, memarlıq və konstruksiya.Gənclərdən ibarət əməkdaşlarının sayı 30 nəfər.Əfsuslar olsun ki,2009 cu ildə Muxtar Seyfəddin oğlu Vəliyevin müəmmalı həbsi ilə bu şirkət təzyiqlərə məruz qalaraq məcburi şəkildə bağlandı,şirkətdə illərlə hazırlanan və Azərbaycan xalqının Milli Memarlıq İrsinə yeni tövhə və nəfəs verəcək Navator Layihələr məhv edildi.Əməkdaşları işsiz qaldı.

Master Design haqqında qısa məlumat.(Məlumat 2005 ci il Azərbaycan Respublikası Kütləvi İnformasiya vasitələrindən götürülüb)

“Master Design”Şirkəti artıq neçə ildir ki, yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi istiqamətində ugurla addımlayır.”Maseter Design”Şirkəti sırf dizayn fəaliyyətindənbaşlayıb, yalnız peşəkarlıga və əməksevərliyə önəm verərək, bu gün tikintinin ən vacib sektorlarında müvəffəqiyyətlə təmsil olunur.Əməkdaşlarımız gənc,yaradıcı,yüksək məsuliyyətli,vəzifə borcunu vaxtında və keyfiyyətlə yerinə yetirən,vahid qrupda birləşməyi bacaran, işini mükəmməl bilən və daim öz üzərindəişləyən komandadir. Əməkdaşlarımızın hər biri çalışdıqları sahə üzrə diplom, sertifikat və nailiyyətlərə malikdirlər. Onların gördüyü hər bir iş özünü bu sahədə təsdiqləmiş texnologiyayaəsaslanır.“Master Design”Azərbaycan sifarişçisinin psixoloji portretini, istək və tələblərini öyrənərək ofis, kottec, villa , inzibati və çoxmərtəbəli binaların, fərdi mənzillərin, landşaftların, hovuzların layihələndirilməsi, smetaların tərtibi ,tərtib edilmiş smetaların açılması, tikinti işlərinin aparılması, keyfiyyətə nəzarət, layihənin açar təslimi, mebel interyerlərinin işlənməsi və istehsalı sahələrində beynəlxalq standartlara uygun xidmətlər göstərir.Şirkətimiz “GENERAL CONSTRACTİON”,”AGRO İNTER”,”SONY ERİCSSON”,” SHULUMBERGE”, ”STANDART  BANK” və s. kimi  iri ofis layihələrinin müəllifidir.Bununla yanaşı çoxlu sayda  özəl mənzillərin, villaların, kotteclərin, ticarət mərkəzlərinin təmir-tikintisi,yuksək zövqlə yenidən qurulması da “Master Design”-nin adı ilə baglıdır.Biz bu ugurlara sevinirik.Azərbaycanın zövqlü sabahı naminə çalışan “Master Design”keyfiyyət nişanəsi olaraq Avropanın aparıcı institutları ilə əməkdaşlıq edərək, zəngin təcrübədən  bəhrələnib Şirkətin yaradıcı potensialını  artıtır.
“Master Design”- Mükəmməl dizayn!


________________________________________________________________________________


Muxtar Vəliyev rəhbərliyi altında Master Dizayn 2007 ci il.








































































Muxtar Vəliyev rəhbərliyi altında Master Dizayn 2007 ci il.


























































Muxtar Vəliyev rəhbərliyi altında Master Dizayn 2008 ci il.





















_______________________________________________________________________


Nəticə

Şirkət rəsmən yaradılarkən Muxtar Vəliyevin 25 yaşı vardır.Master Dizayn şirkətinin yaradılmasında onun əsas məqsədi Memarlıq və Dizayn sənətini sevən,həvəskar və profesional insanları bir araya toplamaq,bilikləri paylaşmaq,təkmilləşmək və inkşaf etdirmək idi.Master Dizayn fəliyyəti zamanı 1000 dən çox layihələrə imza atmış, Avropa Layihə İnstitutları ilə əməkdaşlıq etmişdir. Əsas fəaliyyət növü, evlərin İnteryer dizaynı, Landşaft dizaynı, Fito dizayn, Eksteryer dizaynı, memarlıq və konstruksiya.Gənclərdən ibarət əməkdaşlarının sayı 30 nəfər.Əfsuslar olsun ki,2009 cu ildə Muxtar Seyfəddin oğlu Vəliyevin müəmmalı həbsi ilə bu şirkət təzyiqlərə məruz qalaraq məcburi şəkildə bağlandı,şirkətdə illərlə hazırlanan və Azərbaycan xalqının Milli Memarlıq İrsinə yeni tövhə və nəfəs verəcək Navator Layihələr məhv edildi.Əməkdaşları işsiz qaldı....


BU ƏDALƏTSİZLİK HƏLƏDƏ DAVAM ETMƏKDƏDİR!!!







0 коммент.:

Post a Comment

 
Top