ƏZİZ VƏ DƏYƏRLİ OXUCULAR.
SİZLƏRƏ MUXTAR SEYFƏDDİN OĞLU VƏLİYEVİN HƏYAT VƏ YARADICILIĞINI, HƏBSİNİ TAM TƏFƏRRÜATLARI İLƏ TƏQDİM EDİRİK. BURADA SİZ GƏNC AZƏRBAYCANLININ ÜZLƏŞDİYİ VƏ BU GÜN DƏ YAŞADIĞI ƏDALƏTSİZLİK, MƏMUR ÖZBAŞINALIĞI, RÜŞVƏTXORLUQ, DÖVLƏT VƏ İCTİMAİ XADİMLƏRİN İÇ ÜZÜ İLƏ TANIŞ OLACAQSINIZ. BU BİR İNSANLIQ FACİƏSİDİR.
Sizə təqdim etdiyimiz bu kitab gənc memar-dizayner Muxtar Vəliyevin oxucularla ilk görüşüdür.Bu kitabda biz gənc müəllifin həyat hekayəsini Sizlərə çatdırmaq istəmişik. Ona görə də müəllifin şəxsi gündəliyinin müəyyən maraqlı səhifələrini olduğu kimi, heç bir cümləyə toxunmadan, nə isə əlavə etmədən sizə təqdim edirik. Sizə təqdim edirik ki, onun hələ indiyə kimi heç kimlə bölüşmədiyi qeydlərini oxuyasınız və sadəcə bu gəncin qəlbinin kövrəkliyinə, onun həyat sevgisinə,insanlara məhəbbətinə,vətənini-millətini sevməsinə,onun qeyri adi istedadına bələd olasınız.Muxtar Vəliyev Allahını sevən və onun müqəddəs varlığına inanan-Allahın mərhəmətinə sığınan, onun qəzəbindən qorxan tədbirli və yüksək zəka sahibi olan bir gəncdir. Hansı ki, siz bu kitabın səhifələrini vərəqlədikcə və onun qeydlərini oxuduqca bütün bunların şahidi olacaqsınız. Onun qeydlərinə nəzər saldıqda bu isanda bir saflıq, mənəvi-paklıq hiss edəcəksiniz. Həqiqətən də bu insanda onun yaşıdları arasında çox az təsadüf olunan bir saflıq və çox böyük sadəlik var. Hansı ki, özünün qeydlərindən də göründüyü kimi bu gün onun məhkumluq həyatı yaşamasının yeganə səbəbi də məhz sadəlövhlüyü olub. Bir qrup cinayətkarın hədəfinə çevrilən Muxtar Seyfəddin oğlu Vəliyev günahsız olaraq onların çirkin əməllərinə görə nə az nə çox düz on üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bu qeydləri oxuyarkən Siz nifuzlu iş adamlarının,dövlət və siyasi xadimlərin, tanınmış insanların adlarına rast gələcəksiniz ki, hətta bu insanlar belə Muxtar Vəliyevin yaratdığı layihələri bəyəniblər və onunla davamlı əməkdaşlıq ediblər. Xsusi vurğulamaq lazımdır ki, bu gəncin kreativ düşüncə səviyyəsi çox yüksəkdir. Beləliklə müəllifin öz həyatından bəhs edən bu kitabda onun şəxsi gündəliyindən seçdiyimiz maraqlı qeydləri Sizə təqdim edirik.
Hörmətlə Milliirs.com saytının redaktoru Jurnalist-publisist Həci Ağa-Zadə.
Əziz və Dəyərli oxucular.
Sizə təqdim etdiyimiz bu kitab gənc memar-dizayner Muxtar Vəliyevin oxucularla ilk görüşüdür.Bu kitabda biz gənc müəllifin həyat hekayəsini Sizlərə çatdırmaq istəmişik. Ona görə də müəllifin şəxsi gündəliyinin müəyyən maraqlı səhifələrini olduğu kimi, heç bir cümləyə toxunmadan, nə isə əlavə etmədən sizə təqdim edirik. Sizə təqdim edirik ki, onun hələ indiyə kimi heç kimlə bölüşmədiyi qeydlərini oxuyasınız və sadəcə bu gəncin qəlbinin kövrəkliyinə, onun həyat sevgisinə,insanlara məhəbbətinə,vətənini-millətini sevməsinə,onun qeyri adi istedadına bələd olasınız.
Muxtar Vəliyev Allahını sevən və onun müqəddəs varlığına inanan-Allahın mərhəmətinə sığınan, onun qəzəbindən qorxan tədbirli və yüksək zəka sahibi olan bir gəncdir. Hansı ki, siz bu kitabın səhifələrini vərəqlədikcə və onun qeydlərini oxuduqca bütün bunların şahidi olacaqsınız. Onun qeydlərinə nəzər saldıqda bu isanda bir saflıq, mənəvi-paklıq hiss edəcəksiniz. Həqiqətən də bu insanda onun yaşıdları arasında çox az təsadüf olunan bir saflıq və çox böyük sadəlik var. Hansı ki, özünün qeydlərindən də göründüyü kimi bu gün onun məhkumluq həyatı yaşamasının yeganə səbəbi də məhz sadəlövhlüyü olub. Bir qrup cinayətkarın hədəfinə çevrilən Muxtar Seyfəddin oğlu Vəliyev günahsız olaraq onların çirkin əməllərinə görə nə az nə çox düz on üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bu qeydləri oxuyarkən Siz nifuzlu iş adamlarının,dövlət və siyasi xadimlərin, tanınmış insanların adlarına rast gələcəksiniz ki, hətta bu insanlar belə Muxtar Vəliyevin yaratdığı layihələri bəyəniblər və onunla davamlı əməkdaşlıq ediblər. Xsusi vurğulamaq lazımdır ki, bu gəncin kreativ düşüncə səviyyəsi çox yüksəkdir. Beləliklə müəllifin öz həyatından bəhs edən bu kitabda onun şəxsi gündəliyindən seçdiyimiz maraqlı qeydləri Sizə təqdim edirik. Rəhimli və Mərhəmətli Allahın adı ilə yazıram gündəliyimi.
Bu gün adi günlərdən fərqlənməsə də axşam ofisdə Vüqar müəllimlə olan söhbətin təsiri hələ də təfəkkürümü qıcıqlandırırdı. Artıq iyirmi gündən çox gedən reklam kompaniyası bu gün də heç bir real nəticə vermədi.Ən maraqlısı isə o idi ki,iyirmi min manatdan çox pul ATV kanalına verilsə də gündəlik reklam çarxı heç bir nəticə vermirdi.Ancaq şirkətimizin reklam bukletlərinin küçələrdə insanlara əldən-ələ paylanması ictimaiyyətin diqqətini cəlb etmişdir.Gündəlik 1500 ədəd şirkətimizin xidmətlərini özündə əks etdirən bukletləri muzdlu menecerlər (əgər onlara menecer demək olarsa) iyirmi manat güdəlik əmək haqqı müqabilində, küçələrdə,avto dayanacaqlarda,mağaza və s.yerlərdə müxtəlif insanlara verir və bunun sayəsində ofisimizə real zənglər daxil olur. Maraqlı faktdır.TV kanal bir aylıq reklam kompaniyası üçün (gündə 5 dəfə reklam gedir,hər biri 15 saniyə) iyirmi min manat alırsa demək gündəlik mən TV reklama altı yüz altmış altı manat xərcləmiş oluram.Nəticə isə yoxdur.Ancaq reklam bukletlərinin paylanmasına isə iyirmi manat on altı qəpik xərcləməklə (on altı qəpik bukletin maya dəyəri poliqrafiya xərci) sözün həqiqi mənasında Real sifarişçi qazanmış oluram.Deyəsən artıq insanların TV kanallara etibarı azalıb. Vüqar müəllim təqribən otuz səkkiz yaşlı marketoloqdur.Çox savadlı insandır.Vətənini sevən şəxsdir.Patriotdur.Ailəcanlıdır. Düşünürəm ki,bu sözlərim onun hakqında deyilən fikirlərin minimumudur.Elə bu təklif də ondan gəlib ki, biz də reklam və piar kompaniyasına başlamışıq.Lakin bu xərclərin qarşısında ümüdlər daşa dəyəndə nədənsə hamımız Vüqar müəllimi günahkar bilirik.
Vüqarla axşamkı söhbətimi tam təfərrüatı ilə yazmaq istəmirəm. Çünki ürək açan söhbət olmadı.Ancaq hardasa ürəyimin dərinliklərində mən başa düşürəm ki,bu məsələdə Vüqar müəllimin heç bir günahı yoxdur.Sadəcə qoyulan vəsait və ümüdlər özünü doğrultmayanda insanlar məyus olurlar ki,bu halda da biz günahkarı axtarmağa başlayırıq.Bu hal da təbiidir. Bağışla da qardaş....Şirkətimin əməkdaşlarının üzlərindəki ümüdsüzliyi görəndə isə istər-istəməz özümə yer tap bilmirəm.Sanki iş yoldaşlarımı pis vəziyyətdə qoymuş kimi özümü hiss edirəm.Axı onlar mənə inanırlar.Axı onlar məni bir lider kimi görürlər və bir rəhbər kimi mən öz davranışlarımla daim onların diqqət mərkəzindəyəm.Bu gün axşama yaxın sifarişçilərimlə görüşdüm.Onların mənim və rəhbərliyimlə əməkdaşlarımızın yaratdığı işlərdən yaratdığı işlərdən məmnun qalması məni üfüqdə görsənən uğurlu və xoşbəxt gələcəyə ruhlandırır. Mən əminəm ki, İnşaAllah tale bizim də üzümüzə güləcək və biz arzu etdiyimiz zirvələri fəth edəcəyik. AMİN.
Bu səhər günə adi bir gün kimi başlasamda ümumi götürəndə bu gün demək olar ki, gün yüksək əhval ruhiyyədə keçib. Gün ərzində yeni sifarişçilərlə olan görüşlər,mənim və kollektivimizin mənəvi ruhunu yüksəklərə qaldırıb. Bir gün ərzində iki nəhəng sifariş – birincisi Elçin müəllim tərəfindən, digəri isə Elnurun sifarişi. Elçin müəllimlə çoxdan əməkdaşlıq edirəm.Hələ Bilgəhdə olan “HİLL – SİTE otelindən başlanan müştəri məmnuniyyəti onu yenə də mənimlə iş birliyi qurmağa və yeni möhtəşəm sifarişi mənə həvalə etməyə cəlb edib. Aylar öncə məni ofisinə dəvət edən Elçin Ələkbərov bir gənc memar – dizayner kimi məni sınamaq istəmişdi.Elçin müəllim, heç bir sifarişçiyə oxşarlığı olmayan işində çox diqqətli və tələbkar bir şəxsdir. Onunla işləmək böyük bir məsuliyyət tələb edir. Kreativ düşüncəli bu insan tikinti – inşaat sahəsində sözün əsl mənasında baş ağardıb. Gəzdiyi ölkələr isə onun dünya görüşünü daha da zənginləşdirib. Elçin müəllim hələ ilk görüşümüz zamanı məni həm çətin həm də maraqlı bir vəziyyətdə qoymuşdu. O zaman Elçin müəllim mənə demişdir ki dünyanın otuzdan çox ölkəsində olmuş və bu ölkələrdə yüzdən çox tanınmış otel və restoranların xidmətindən istifadə etmişdir. Düzü elə ilk görüşümüzdə Elçin müəllim məni təəccübləndirmiş və hörmətimi qazanmışdır. Həmin görüşümüz zamanı Elçin müəllimin mənə “Muxtar müəllim məni layihələrlə təcubləndirmək qeyri mümkündür. Sizdən isə tələbim odur ki, mənə elə bir layihə verin ki, məni təəccübləndirsin.Qiyməti isə nə desəniz onu da alacaqsınız.”deməsi məndə böyük məsuliyyət hissi oyatmışdı və öz bacarığıma güvənən bir insan kimi cavabımda “ Elçin müəllim! Şəxsən mən və bizim “Master – Dizayn” şirkəti sizin üçün elə bir dizayn layihəsi çəkəcəyik ki, siz həmən layihələrə baxdıqdan sonra oturduğunuz kreslodan qalxıb ayaq üstə əl çalacaqsınız. Əgər belə olmasa mən layihəyə görə sizdən pul almayacağam.”söyləmişdim.Nəticədə mən Elçin müəllimi ayaq üstə olmasa da əl çalmağa məcbur etdim. Bu gün isə Elçin müəllim məndən qeyri-adi memarlıq əsəri istədi.Elə bir əsər ki, həmin əsər hətta dünya memarlarını da təəccübləndirsin.Belə bir təklifin mənim yaşım üçün çox tez olduğunu düşünsəmdə ancaq hiss edirdim ki, qəlbimdə bir rahatlıq – özüməəminlik var. İnşaAllah. Axı Elçin müəllim mənə inanır və məndə bu bacarığı görür.
Bu gün Elçin müəllimlə olan bu görüş barədə studiyada uşaqlarlada söhbət etdim.Dizaynerlərim mənə ürək – dirək verdilər. Çox maraqlı bir fakt var ki, onların düşüncəsində mən bu layıhənin öhtəsindən çox böyük məharətlə ğələcəm.Maraqlısı isə odur ki, deyəsən bu qorxu və həyacan hissi yalnız məndədir. Ətrafımdakı insanlar isə mənə tam güvənirlər.Axşam həyat yoldaşımla və atamla görüşərək Elçin müəllimin təklifi barədə onlara da danışdım. Onlar da mənim bu layihənin öhtəsindən gələcəyimə inanırlar. Onlar mənim ilham mənbəyimdirlər. Həyat yoldaşım mənə inanır,atam isə istiqamət verir.
Bu gün heç kefim olmayıb.Amma dizaynerlərimi məyus etməmək üçün onlara yalan danışmışam.Allah keçsin günahımdan. Əslində mən onlara yalan danışmağım dizaynerlərimin müəyyən formada xeyrinə idi. Çünki artıq bir həftə idi ki, dizaynerlərin kompyuterin monitoruna baxmaqdan, işsizlikdən onlarda olan yaradıcılıq həvəsi ölməyə başlamışdı.Mən isə bu həvəsin onlarda ölməməsi üçün onlara yalan danışdım.Hətta dünən Ərəstun müəllim mənə yaxınlaşaraq sifarişin nə üçün olmaması ilə maraqlanmışdır. Ərəstun müəllim əlli yaşlı bir inşaatçıdır. Şirkətimizin ağsaqqalı və əsas məsul şəxslərdən biridir.Onun otağıma gələrək mənə “Muxtar müəllim! Oğlum, sənin deyəsən işlərin ürəkaçan deyil. Axrıncı sifarişçimiz olan Elnurun işindən sonra on beş gündür ki, boşluqdur. Son bir həftədən çoxdur ki, ümumiyyətlə işimiz yoxdur. Oğul sən əməkhaqqlarını verə biləcəksən? Bəlkə biz bu ay əməkhaqqı almayaq. Bizi düzgün başa düş. Biz sənə dəstək olmaq istəyirik. Axı kim, boş oturduğuna görə əmək haqqı alır? Biz artıq məsləhətləşmişik də...” deməsi məni bərk təsirləndirmişdi.İlahi mənə kömək ol! Mən bu gün uşaqları sevindirmk və həvəsləndirmək üçün ofisə dörd təzə layihə gətirdim. Səhər atamın iş yerinə gedərək dörd iri mənzillərin planlarını götürdüm və həmin planları ofisə apardım.Guya ki, dostum Musanın evləridir.Musanı ofisdə hamı tanıyırdı. Onun üçün də, bir şəxsin dörd evi məhz Musaya aid olan bir məsələ idi.Beləliklə də ofisdə canlanma başlandı.Yenə dizaynerlər, Taleh Rafaellə,Ellada Günellə, ber sözlə bütün dizaynerlər həvəslə iş başına keçdilər. Əlbəttə ki, yalan danışmaq çox çətindir. Ancaq onları belə sevincli görmək, izah olunacaq bir hiss deyil. Qəribəsi isə odur ki, onların sevinci mənim özümədə keçdi və yüksək əhval – ruhiyyə ilə günü bitirdim.Allaha şükürlər olsun.Mən dizaynerlərimi sevindirməyi bacardım.Yaxşı bəs görəsən mənim yalanım ifşa olunmayacaq ki ? Hər hakda mən bunu dizayner əməkdaşlarımın əhvalını yüksəltmək üçün etmişəm.Bu səhər də çox gözəl açıldı. Oğlum Nəsrəddin özünə məxsus bir tərzdə məni yuxudan oyatdı.Övlad həqiqətən də gözəl bir varlıqdır. Xsusən də səhər onun şirin səsi ilə açılanda həyat çox gözəl olur. Onun gözlərinə baxanda sanki bir təmizlik görürəm. Hansı ki, o baxışlar mənim bütün varlığımdan da təmizdir. Əlbətdə mən bir ata kimi onları layiqincə böyütməli, tərbiyə verməli, həyatda layiqli yer tuta bilmələri üçün dəstək olmalıyam.Bunun üçün isə mənim məqsədim, amalım, arzularım çoxdur. İnşaAllah mən öz arzularımı həyata keçirərəm. Amin.
Bu gün işə çox erkən gəlmişdim. Ona görə də artıq saat onun yarısı ofisdə idim. Dizaynerlərimin arasında hansısa layihənin qızğın müzakirəsi gedirdi. Həmişəki kimi son nöqtəni qoymaq üçün onların bu müzakirəsinə mən də qoşuldum. Söhbət “Beko” şirkətinin korporativ İnteryer dizaynından gedirdi. Belə ki, ofis və ya mağazaların İnteryer və ya layihə Eksteryer dizaynının üzərində çalışarkən xsusi yanaşma olmalıdır. Əgər həmin ofisin və ya mağazanın brendi artıq ictimaiyyət tərəfindən qəbul edilibsə o zaman, bütün işlər brend korporativi çərçivəsindən kənara çıxmamalıdır. Yəni, rənglər,loqo,hər hansısa bir formalar dizayn işlənərkən bu və ya digər formada əks olunmalıdır.Beko şirkətinin Azərbaycanda rəhbəri Sahib və Müseyib qardaşlarıdır.İki qardaş, iki şəxsiyyət. Müseyib müəllim dünyanı rəqəmlərlə təsəvvür edən, dəqiqliyi sevən, Sahib müəllim isə yaradıcılığa daha yaxın insandır.Müseyib müəllim daha çox qulaq asmağı, sona qədər dinləməyi, Sahib müəllim isə dinamik müzakirəni daha çax sevir. Onların Tbilisi prospektində, Nəqliyyat nazirliyi ilə üz-üzə umumi sahəsi doqquz min kvadrat metr olan ofisləri və mağazalarının korparativ interyer və eskiz layihələri mənə həvalə olunmuşdur.Bir neçə yeni dizaynerlərimiz üçün onların şirkətdə birinci iş günləri olmasına baxmayaraq hamsı bir-biri ilə elə şirin fikir mübadiləsi aparırdilar ki, sanki bu insanlar neçə illərdir bir-birlərini tanıyırlar. Yaradıcılıq prosesi sanki bir musiqi aləti kimidir. Notların ardıcıllığı İlahi bir hormonik səs yaradır. Bu səs isə yeni ideyaların görünməz melodiyasıdır. Mən bu insanların əhatəsində olarkən həqiqətən də özümü çox xoşbəxt hiss edirəm. Sanki biz bir ailəyik.Bir çox dizayn studiyalarında memar və dizaynerlər layihəni müəyyən bir yaradıcılıq çərçivəsində işləyirlər. Onların yaratdıqları layihələrin bir qismi sifarişçi tərəfindən bəyənilsədə bir qismi bəyənilmir, bir qismi isə dəyişdirilir və sair.Mən isə öz praktiki təcrübəmdən onu dəqiq bilirəm ki, müəllif layihəni işləyərkən sifarişçinin psixoloji durumunu bilməli, onun dünya görüşünü, dünyaya baxışlarını öyrənməli və layihəni sifarişçinin təsəvvürünə uyğun verməlidir. Dizayner sanki xəyal rəssamıdır. O, sifarişçinin xəyallarında olan görüntünü çəkib sadəcə özünə göstərməlidir. Vəssalam.Əgər kosmik idraklı bir memar Mərdəkanda yaşayan Xədicə xalanın bir otaqlı evinin layihəsini özünün kosmik idrakına uyğun, super meqa interyer versə,inanın ki yer üzünün sadə sakini Xədicə xala heçnə anlamayacaq və ya əksinə ...Ümumiyyətlə dizayner gərək psixologiyanı yaxşı bilsin. Ən əsası da qulaq asmağı, sifarişçini dinləməyi bacarsın və onun nə istədiyini başa düşsün.Bunun üçün Super Meqa Memar olmaq lazımdyil. Yenə də yadıma daha çox dinləməyi sevən Müseyib müəllim düşdü.
Bu səhər telefona gələn zəngin səsi məni şirin yuxudan oyatdı. Bu katıbəm Günay xanım idi. Beko şirkətinin Azərbaycanda rəhbəri Sahib müəllim ofisimizə qonaq gəlmişdi. Mən tez saata baxdım. Saat onbirin yarısı idi. Sürücümə zəng vurdum. Sən demə sürücüm saat doqquzdan həyətdə məni gözləyirdi. Təcili ofisə yollandım.Sahib müəllimin ürəyindən ona təqdim olunan möhtəşəm layihənin müəllifləri ilə görüşmək keçmişdir. Bir qədər söhbət etdikdən sonra Sahib müəllim onu uşaqlarla da tanış etməyimi xaiş etdi. Mən də böyük məmnuniyyətlə onu studiyaya dəvət etdim.Biz stuyaya daxil olanda hər kəs təcüblə mənə və ona baxırdı. Deyəsən onun zahiri görünüşü, ciddi baxışları uşaqlarda vergi müfəttişi obrazını yaratmışdı. Sahib müəllimin heyrətlə “Mənim layihəm burada hazırlanıb ? ” sualını verməsi məni təəcübləndirmədi. Axı o memar – dizayner deyil. Sahib müəllimin baxışlarındakı təəcübün səbəbi isə onun öyrəşdiyi mühitlə bağlı idi. Beko mağazalar şəbəkəsində çalışan bütün əməkdaşlar korporativ uniformalarda, sinələrində yaxalıqlar və s.Orada hər kəsin işi saat mexanizmi kimidir. Bizdə isə Taleh – qulağında iri qulaqcıqlar və o qulaqcıqlardan gələn ağır “Rok” sədası. Rafael esə yenə kresloda əyləşib öz ilham mələklərindən biri ilə plotonik məhəbbətdən və verbal ünsiyyətdən danışır. Digər iki dizayner isə işlərini kənara qoyub onlar üçün yaradılmış “qeym time” deyilən masada futbol oynayırlar. Digərləri isə qarşılarında olan monitora elə baxırdılar ki, heç gözlərini belə çəkmirdilər. Bəli bu bir yaradıcılıq mühitidir. Bura möhtəşəm layihələrə imza atan “Master Dizayn” şirkətidir. Bu bizik.Günün sonunda Sahib müəllim mənə şərikli olaraq hündür mərtəbəli binalar tikməyi təklif etdi. Sən demə Sahib müəllim qardaşı və digər əməkdaşları ilə bu barədə məsləhətləşmələr aparmışdı. “Master Dizayn” şirkətinin iş üslubu və bizim yaradıcılıq potensialımız onların fikirləri ilə üst – üstə düşmüşdü. Elə bu səbəbdən də sabah Sahib müəllimlə yenə görüşəcəyik və daha ətraflı müzakirə aparacağıq.Düşünürəm ki, bu məsələlərdə bilikli və bacarıqlı mütəxəssislər cəlb etməliyəm. Təbii ki, başda həmişəki kimi öz atam möhtərəm Seyfəddin müəllim mənə dəstək olmaq şərti ilə.
Çox qəribə bir hissdir. Öz qismətindən qaçmaq. Mən Sahib müəllimin təklifini qəbul etmədim. Çünki mənim ətrafımda hündür mərtəbəli binaların tikintisini həyata keçirə biləcək, tam arxalanacağım bir proffesional, tikinti işləri üzrə kollektiv yoxdur. Bu həcmdə tikinti işlərini üzərinə götürən kollektivin yaranmasından əlavə tikinti texnikası və maddi baza olmalıdır. Bu bir növ zamanı qabaqlamış təklifdir, yada mən mənə verilmiş ruzi ilə ayaqlaşa bilmirəm.Onda demək ki, gecikirəm.Müştəri məmnuniyyəti istənilən sifarişçini bir növ gipnoz altına salır. Müştəri düşünür ki, qarşısındakı insan əgər onun evini, villasını, ofisini tikib və təmir edibsə dməli o peşəkardır. Son nöqtəni isə müştəri ilə söhbət edən şəxsin tikinti sahəsində güclü elmi olması qoyur. Mənim isə hələ uşaqlıq çağlarından atamın yanında aldığım praktiki bilikləri heç bir akademiya mənə verə bilməz. Mən seyfəddin müəllimin oğlu olaraq tikinti sahəsində həcmindən aslı olmayaraq istənilən işin öhtəsindən gələ bilərəm. Əfsuslar olsun ki, Master Dizayn şirkətində mən təkəm. Mən hələ dizayn studiyasının əməkdaşlarının dizayn və memarlıq sahəsində professional səviyyəsini qaldırmalıyam. Bu da səbəb.
Eh, Rafaelin dərdi də məni öldürəcək. Kameradan ona baxdıqca ürəyim sızlayır. Düşünürəm ki, görəsən aləmlərin rəbbi olan Allah bu gənc insanı niyə bu sınaqlara çəkir ? Rafael mənim əmim qızının oğludur. Yəni biz tərəflərdə “bacım oğlu” deyirlər. Onun dizayner olmasında mənim də əməyim var. Yadımdadır Rafael əskərlikdən yenicə gəlmişdi. Həmin vaxt bacımın evində biz görüşmüşdük və mən onun fikrini öyrənmişdim. Rafael atası kimi bizneslə məşğul olmaq istəyirdi. Uşaqlıqdan birlikdə böyüdüyümüz üçün mən onda gizli bir istedadın olmasını sezirdim. Özü ilə təklikdə söhbət etdikdən sonra hiss etdim ki, onun təsviri incəsənətə və qrafikaya böyük marağı var. Məndə artıq gələcək üçün onun haqqında fikir formalaşmağa başlamışdı. Mən onun valideyinləri ilə danışmalı idim. Bunun üçün də bir neçə gündən sonra yenidən bacımın evinə qonaq gedərək bacımla və onun yoldaşı ilə Rafael haqqında söhbət edərək fikir bölüşdüm. Xeyir dualarını aldım. Iki min beşinci ilin yay ayları idi. Rafaeli dizayn studiyamıza dəvət etdim. Həmin vaxt hələ balaca kollektivimiz də Rafaeli çox həvəsləndirdi. İndiyə qədər heç yadımdan çıxmaz. Rafael xsusi dizay proqramlarını uç ay ərzində öyrəndi və məndən ilk dizayn işi istədi. Mən də karandaş sifarişi verdim. Rafael günlərlə kompyuterin qarşısında oturub karandaş yığır, mənə göstərir, məndə mükəmməl olmadığını deyir və səhvləri izah edirdim. O isə yorulmadan təkrar – təkrar yığırdı. Təbii ki, sonunda o karandaşın 3D – sini yığıb mənə verdi.Beləliklə Rafael xsusi dizayn proqramlarında ilk professional addımlarını atmağa başladı.Qaldı dizayner kimi yetişdirmək.Elə ilk günlərdən onu öz yanımda sifarişçilərlə görüşlərə, tikinti sahələrinə, inşaatçılarla layihə müzakirələrinə aparırdım. Əslində onun püxtələşməyi və professional dizayner olması mənim üçün bir məqsədə çevrilmişdi.Rafaeli təsəvvür etdiyim kimi yoğurub yapdım. Budur bu gün o, interyer dizaynı sahəsində istənilən məsələnin öhtəsindən gələ bilən bir mütəxəssisdir. Rafael artıq dizayn sahəsində öz sözünü deyir. Bu gün studiyanın dizaynerləri onunla hesablaşırlar. Bu hər ikimizin nailiyyətidir. Ancaq son vaxtlar onu tanıya bilmirəm.Əslində hər şey bir telefon zəgindən başladı. Beləki iki min səkkizinci ilin dekabr ayının otuz biri mən ailəmlə adəti üzrə yenə də Rafaelin evinə qonaq getmişdim. Yeni il bayramı idi. İslam dinin əsas tövsiyyələrindən biri qohumluq bağlarını qırmamaqdır. Yenə də, avtomobilimin arxa oturacağı hədiyyələr ilə dolu yollandım qohumlarımı baş çəkməyə. Kiçikdən böyüyə hər kəs üçün hədiyyə almışdım. Baş çəkdiyimyim axırıncı ev bacımın evi oldu. Rafaelin həyat yoldaşı ikinci körpəsinə hamilə idi. Evə daxil olan kimi Nihad boynuma sarıldı. Nihad Rafaelin oğludur.O, çox dəcəl uşaqdır. Saat on birin yarısı olardı. Mən bu axşam ailəmi onlarda qoyub Göyçay süd zavodunun müdiri Mustafa müəllimlə görüşməyə getməli idim. Yani müqavilələrin imzalanması üçün bu görüş çox vacib idi. Həmin axşam xeyli gülüb danışdıqdan sonra bacım mənə bildirdi ki, iki – üç günə Rafaelin ailəsində daha bir körpə dünyaya gələcək. Bacım bu sevinci yeni ilin ilk günlərində yaşayacağımızı dedi. Əslində bu mənim Rafaelin ailəsini xoşbəxt gördüyüm son gün idi. Artıq gecə saat on ikiyə qalmış mən vidalaşaraq yola çıxdım. Rafael isə məni gecə vaxtı tək yola çıxmağa qoymurdu və elə hey mənimlə getmək istədiyini bildirirdi. Ancaq mən onun yoldaşını bu vəziyyətdə tək qoya bilmədiyini, yoldaşının hər zaman onun köməyinə ehtiyacı olo biləcəyini başa düşdüyüm üçün, ona hər saat yoldan zəng edəcəyimi söz verib ayrıldlm. Göyçay rayonuna gecə yarısı çatmağıma baxmayaraq danışıqlar uğurla keçdi. Mən gecəni qonaq evində qaldım. Səhər saat onun yarısında (bu günü ömrüm boyu hüç zaman unutmayacağam) Rafaelin zəngi məni yuxudan oyatdı. Onun təşviş içində olan səsi bütün varlığımı sarsıtdı. O ağlayaraq həyəcanla məndən kömək istəyirdi. Mən onu sakitləşdirməyə çalışaraq nə baş verdiyini soruşanda sanki dünya gözümdə qaraldı. Özümdən aslı olmayaraq dizlərim qatlandı. Sanki kürəyimə daşıya bilməyəcəyim ağırlıqda bir yük qoydular. Qeyri ixtiyari olaraq gözlərim doldu. Allahıma dualar etdim. Bu qəbul olunmayan dua indidə yadımdadır. Mən uca rəbbimdəm bu iki canın əvəzinə mənim canımı almasını istədim. Elə bil dualar mənə sakitlik gətirdi. Mən tez Rafaelin nömrəsini yığıb onu sakitləşdirməyə çalışdım. Artıq qonşular Rafaelin harayına yetişmişdilər və o durmadan ağlayaraq telefonda mənə “dayı o nəfəs almır” sözlərini təkrarlayırdı. Mən heç kimlə sağollaşmadan qonaq evindən necə çıxdığımı hiss etmədən Bakıya yollandım. Beləcə Göyçaydan Bakıya kimi yüksək sürətlə Allaha sığınıb dualar edə - edə mənzil başına yetişdim. Əlbətdə ki, yol boyu dayanmadan Rafaelə tez – tez zəng edib onu sakitləşdirməyə çalışırdım. Mən çatanda artıq insanlar toplaşmışdı. Bu isə həmin bədbəxt hadisənin baş verdiyinin sübutu idi. Elə indi də bu cümlələri yazarkən sanki o günü yenidən yaşadığımı hiss etdim. Nə isə.... Həmin hadisədən xeyli müddət keçməsinə baxmayaraq Rafael hələ də özünə gələ bilməyib.O, sanki özünə qapanıb. O, indi sanki hamının ona etdiyi dəstəyi görmür. Hərdən mənə elə gəlir ki, ona Allah kömək etməsə, heç bir bəndə kömək edə bilməyəcək. Çünki indi Rafaelin üç gün əhvalı normal olur, beş gün isə depressiyaya düşərək sanki özünə qapanır. O gündüzlər ofisdə işləyir, axşamları isə sanki Məcnun tək öz Leylisinin görüşünə tələsir. Onu bir an da olsun heç unuda bilmir. Mən isə qorxuram ki, onun psixoloji vəziyyəti daha da pisləşər. Çünki bu dəyişgənlik heç də normal hal deyil.Deyirlər torpağın üstü soyuq olur. Ancaq ürəyə isə hökm etmək mümkün deyil. Allahım ona yardımçı ol.
Çoxdandır gündəliyimi açmırdım. Son günlər fikirlərim bir az qarışıqdı. Bilmirəm, ya tərəzi bürcündən olduğuma görə, ya da ki, işlərimin çoxluğundandır. Bəlkə də bu hər bir yaradıcı insanda olan xasiyyətdir. Hərdən mənəviyyatım sıxılır. Uzun – uzadı fikirlər məni hər bir anda bir məntiq axtarmağa məcbur edir. Çox maraqlı bir faktdır ki,hələ doqquzuncu sinifdə oxuyarkən mən musiqiçi olmaq istəyirdim. Evin son beşiyi olmağıma baxmayaraq, valideyinlərim mənə qarşı çox tələbkar idilər. Elə bu səbəbdən də,valideyinlərim məni fortopiano üzrə musiqi təhsili almaq üçün musiqi məktəbinə - ən güclü müəllimlərin yanına təhsil almağa qoymuşdular. Hələ də, indiyə kimi yadımdadır. Musiqi məktəbinin ikinci sinifində oxuyanda həmin vaxt mənə musiqi təhsili verən İqrar müəllim məni imtahan vermək üçün musiqi məktəbinin tədbirlər üçün nəzərdə tutulan böyük zala aparmışdı. Uşaq olsam da, mən akt zalına yığışan müəllimlərin və direktorun mənim ifa tərzimə böyük diqqət və maraq göstərdiklərini açıq aydın görürdüm. Hələ onda mən anlamırdım ki, İqrar müəllimin səyi və öz istedadımın nəticəsində mən artıq beşinci sinifə xas olan etüd, sonata və bir çox tanınmış bəstəkarların kiçik əsərlərindən parçaları çox böyük məharətlə ifa edirdim. Təbii ki, bu istedad anamın özünün də fortopiano üzrə musiqi müəlliməsi olmasından irəli gəlirdi. Anamın ən böyük arzusu mənim onun yolunu davam etdirməyim idi. O istəyirdi ki mən də tanınmış bir mədəniyyət xadimi olam.Sonradan isə mən hər dəfə ata ocağına gedəndə fortopiano arxasında əyləşərək anama özümün yeni kəşf etdiyim improvizələri göstərərdim. O da uşaq tək mənə qoşulub akademik ifa nümunəsi göstərərdi ki, bununla da mən bir növ anamın könlünü alardım. Axı mən atamın yolunu seçmişəm. Yuxarıda qeyd etdiyim kimi mən hələ doqquzuncu sinifdən musiqiçi olmaq istəyirdim. Hətta bunun üçün mən özfəaliyyət dərnəyinə yazılıb ətrafıma musiqi savadı olan istedadlı gəncləri də toplamışdım. Sintezator, bas gitara, zərb alətləri və sair ifa edən gənclərlə birlikdə hətta müəyyən tədbirlərdə də iştirak edirdik. O zaman hələ nişanlı olanda nişanlımın mənə “ən böyük arzun nədir?” sualına mən, “ Allah nəsib etsə dünyada tayı bərabəri olmayan,gözəlliyi ilə qəlbləri fəth edən bir məscid tikdirmək istəyirəm.” Deyərək cavab vermişdim.Deyəsən mənim bu arzuma mələklər amin deyib. Bəlkədə elə mənim bu arzuma görə Uca Yaradan düşüncələrimi və həyat yolumu incəsənətim memarlıq deyilən gözəl bir sahəsinə yönəltdi.Ən maraqlısı isə budur ki, o zaman mən dahi bir musiqiçi olmaq arzusunda idim.Həqiqətən də bir zərgərin yarada biləcəyi incini, onun təxəyyülündə olan bir əsəri özündən başqa heç bir kəs yarada bilməz. Nəticə: Mən artıq memaram. Düşünürəm ki, bu dünyada heçnə özü – özünə baş vermir. Hər şeyi nizama salan və istiqamətləndirən bir qüvvə var. Mənim də bu dünyaya gəlişimdə Uca Allahın üzərimə qoyduğu bir missiya var.Sadəcə mən bu gün bunu anlasam da hələ özümü kəşf etməmişəm. Ancaq üzərimə qoyulan missiyanın məsuliyyətini hiss edirəm. İnşaAllah!
Bu gün təchizat şöbəsinin əməkdaşı Kamran və dizayner xanımlardan biri otağıma gəldilər. Onlar gözləmədiyim halda mənə qeyri standart bir sual verərək “ Muxtar müəllim! Siz namaz qılmırsınız? “ soruşdular və bu sualdan sonra yaranmış sükutda hər ikisi diqqətlə gözlərimə baxdılar. Bir gədər susduqdan sonra mən cavab verərək “artıq üç gündür yox”dedim. Əslində isə Kamranın emosianal danışığı bu günü qeyd etməyimin əsas səbəbidir. Bəli, Kamran çox emosianal tərzdə “Muxtar müəllim! Xahiş edirəm namazaınızı qılın.Çünki siz namaz qılanda bizim işlərimiz çox əla gedir,sanki ruzi qapıları üzümüzə açılır və ofisdə xoş əhval-ruhiyyə olur.” Bunu mən özümdə dəfələrlə sınamlşam. Həqiqətən də SÜBHANALLAH ibadət ruhun,qəlbin qidasıdır.Maraqlı bir olaya da toxunmaq istəyirəm. Mübarək Ramazan ayının “Qədir Gecəsi” idi. Bir neçə müsəlman qardaşlarım məni gecəni məsciddə keçirməyə və səhəri ibadətlə açmağa dəvət etdilər. Baxmayaraq ki, həyat yoldaşımda mənimlə birlikdə oruc tuturdu,amma mən dostlarla getməyə,gecəni onlarla məsciddə keçirməyə qərar verdim. Məscid insanlarla dolu idi.Ancaq nədənsə o gecə qəlbimdə bir narahatçılıq var idi. Ətrafımda insanların çox olmasına baxmayaraq sanki özümü tənha hiss etdim və çox sıxıldım. Gecə saat ikinin yarısı olar ki,mən dostlarımla halallaşıb tez evə qayıtdım.Qapını açıb sakitcə evə daxil olanda həyat yoldaşım Qurani – Kərimdən ayələr oxuyurdu. O, Qurani – Kərimi elə oxuyurdu ki, sanki cismi evdə olsada ruhu pərvazlanmışdı. Mən sakitcə onun yanında oturub ibadət etməyə başladım. Artıq ruhum rahatlandı. Anladım ki, məscid mənim evim,ailəm isə səadətim və rahatlığımdır. Həqiqətən də bu ən gözəl bir hissdir...Allahım sən böyük qüdrət sahibisən. Məni,məndən də yaxşı bilənsən,çünki mənə mənim şah damarımdan da yaxınsan.Bilirəm ki,haqqımda nə yazılıbsa hamsı haqqdır.Çünki sən haqqın özüsən.Çünki haqq səndədir,haqq səndəndir.Haqqına yox mərhəmətinə sığınıram.Allanım.Məni və ailəmi yaratdıqlarının şərrindən qoru.Çünki sən haqqın himayədarısan.Amin.
Bu gün işdən çox yorğun ayrılmışdım.Ona görə də zehnimin yorğunluğundan azad olmaq üçün gecə saat üçə kimi doğma şəhərim Sumqayıtın al - əlvan,işıqlı küçələrində xeyli gəzib dolaşdım.Hərdən,sevdiyim iş təfəkkürümü o qədər məşğul edir ki, bir anlıq heç kimi görmək istəmirəm. Sanki ruhum yorulubmuş kimi özümə qapanıram.Xeyli gəzdikdən sonra Heydər Əliyev adına Parka gələrək boş skamyalardan birində əyləşdim. Artıq gecə saat üç olmasına baxmayaraq insanlar hələdə parkda danışıb gülür,əylənirdilər.Nədənsə mən insanlarda emosianal ruh yüksəkliyi görəndə sevinirəm.Axşam evə qayıdanda parkda,skamyada yatan bir insan gördüm və yavaşca ona yaxınlaşdım. Hiss etdim ki, bu adam içkilidir. Ancaq əynində ziyafət paltarı var idi. Bir sözlə üst başı səliqəli idi. Nəfəs almadığını düşündüm və onu ehmalca silkələdim. Gözünü açdı, danışığından anladım ki, yaxınlıqdakı restoranların birindən toydan çıxıb və müvazinətini itirməmək üçün, skamyada əyləşərək yuxuya gedib. Qəribədir, görəsən insanlar nə üçün özlərini bu hala salırlar. Bir anlıq Qurani Kərimdən oxuduğum bir ayə düşüncəmdə canlandı, “Biz insanı kamil yaratdıq və bütün mələklərə onu göstərərək ona səcdə edin deyə əmr etdik.” İlahi Ərşin mələklərinin səcdə etdiyi kamil insan nümunəsi budurmu? Yoxsa İblisin Rəbbinə “mən onları Sənin haqq yolundan döndərəcəm” deyib də yoldan döndərdiyi insan budurmu? Nə üçün bir qarışqanı belə yarada bilməyən insan güzgünün qarşısında dayanarkən özünə baxıb da bu mükəmməl yaradılışın kim tərəfindən və nə üçün yaradıldığını özünə sual vermir? Nə üçün Adəm oğlu insan xeyir və şərin arasında gedən bu müharibədə öz nəfsinin və cahilliyinin qurbanına çevrilir. Bir anlıq bunları düşündüm və üzümü çevirib də getmək istədim. Lakin gedə bilmədim. Çünki Həzrəti İsanın bir kəlamı yadıma düşdü. ” İçərinizdə bir günahı olmayan şəxs varsa,qoy əlindəki daşı birinci mənə atsın, yoxdursa Allahın adıyla əmr edirəm, bu qadından əl çəkin!”Bu insanın niyə bu hala düşdüyünü mən bilmirəm. Ancaq, bir onu bilirəm ki, Uca Allahın mərhəmət dəryasında, bütün bəşəriyyət insanlarının etdiyi günahlar bir damla qədər kiçikdir.”Yaradanın xatirinə bütün yaradılmışları sevmək hər bir müsəlmanın borcudur.” Elə bu fikirlə də, qoluna girib onu ayağa qaldırdım. Xoşbəxtlikdən avtomobilim yaxınlıqda idi. Çətinliklə də olsa onu avtomobilə qədər gətirə bildim. Ondan yaşadığı ünvanı öyrənə bilmək mənim üçün sanki ağıl dişini çəkməyə bərabər oldu. Çətinliklə də olsa ondan yaşadığı ünvanı öyrəndim və biz onun yaşadığı ünvana yollandıq. Həyətə çatdıqda isə “zülüm serialının” ikinci hissəsi başlandı.Çünki altı girişli, beşmərtəbəli binanın hansı girişindən girməli,hansı mərtəbəyə qalxmalı,hansı qapını döyməli olduğumuzu heç ünvan sahibinin özü də bilmirdi. Onun üçün də mən binanın qarşısında,qaranlıqda siqaret çəkən iki cavan oğlana yaxınlaşıb avtomobilin içərisindəki “qəhrəmanımı” onlara göstərdim. Sən demə bu insan kiçik bir bizneslə məşğul olan sahibkar imiş. Mənim avtomobilimdən üç – dörd metr aralıda görünən ağ rəngli avtomobil onun idi. Nəhayət mən binaya qalxıb onun yaşadığı mənzilin qapısını döydüm. Qapını cavan bir oğlan açdı. Bu gecə saatlarında qapını döyüb də onları narahat etdiyim üçün üzr istəyərək mənə kömək etmələrini xaiş etdim.Bundan sonra isə “zülüm serialının” üçüncü hissəsi başlandı. Artıq gecənin xeyli keçməsinə baxmayaraq o məni israrla evə dəvət edir, xeylı əziyyətdən sonra mən düşdüyüm vəziyyətdən çıxış yolu olaraq sabah mütləq gələcəyimi söz verir, onun xətrinə dəymək istəmirdim. Sonunda mən ona mobil nömrəmi verməklə canımı qurtara bildim.
Əslində, bu insanın özünü belə hala salması onun evində olan yaşlı qadının və cavan bir xanımın baxışlarında olan xəcalət hissi mənə çox pis təsir etmişdi. İçkinin bu ailəyə etdiyi zülüm və xəcalət hər iki xanımın gözlərindən açıq aydın sezilirdi. Məni sıxan da elə bu idi. Cavan oğlanın isə məndən dönə - dönə üzr istəməsi və öz atasına görə ütanması,ona heç bir haqq qazandıra bilməməsi onu nə qədər sıxırdısa həqiqətdə məni də bir o qədər sıxırdı.Bir anlıq düşündüm ki, doğrudan da biz valideyinlərimizi seçmirik. Nədənsə öz Atam gözlərimin qarşısında canlandı. Doğrudan da mən Atamla fəxr edirəm. Bəli, mən heç bir zaman Öz Atamı bu halda görməmişəm və atama görə xəcalət çəkməmişəm. Bir dəfə hələ mən uşaq ikən atam bir toy məclisində evə içkili gəlmişdi.Atamı içkili gördüyüm yeganə hal yalnız həmən gün oldu. Nəsrəddin və Ələddin adlı öz iki cavan qardaşını avtomobil qəzasında faciəli şəkildə itirən Atamın emossiyalarını idarə edə bilmədiyi an yalnız onları xatırladığı andır. Həmən gün atam evə daxil olanda həmişəki kimi biz Atamızı qarşılamaq üçün qapıya yaxınlaşmışdıq. O gün mən ilk dəfə Atamı kədərli görürdüm. Atam qapının ağzında məni qucaqlayaraq bağrına basdı və ağlayaraq dedi: “Oğlum! bilirsən sənin əmilərin necə insanlar idi?, heç bilirsənmi mən onlar üçün necə darıxıram. İndi mənim həyatda sizdən başqa heç kimim yoxdur”.O vaxtı hələ mən altıncı sinifda oxuyurdum. Bu hadisədən sonra isə bir daha atamı içkili görmədim. Nə isə... Evə səhərə az qalmış gəlib çıxa bildim. Gecənin yuxusuzluğu növbəti gün iş prosesində özünü biruzə versədə sifarişçilərlə görüş və layihələr üzərində iş uğurla aparıldı. Axşam saat yeddidə olunan zəng isə “zülüm seriyalının” dördüncü hissəsi idi. Zəng edən mənim dünənki “qəhrəmanım idi... Böyük məmnuniyyətlə onunla görüşdüm. Görüşməkdə məqsədim isə bir insanın özünü bu hala salmasının səbəbini örənmək, onun iç dünyası ilə tanış olmaq idi. Görüşümüzdə məni təəccübləndirən hal isə onun mənim gözləmədiyim bir müsbət xarakterə sahib olması halı oldu.Mənim qarşımda duran bu insan gülərüzlü, dərin mənalı baxışlı və əməlindən peşman olan bir şəxs idi. Nədənsə bu insan keşməkeşli həyatında başına gələn hadisələri mənə anlatmaq, öz həyat hekayəsini mənimlə bölüşmək bununla da sanki bir təskinlik tapmaq istəyirdi. Əslində isə iki ildən artıq bir müddətdə öz oğlunu itirən bu ata qəlbində və düşüncələrində olan boşluqdan qaçmaq üçün ara – sıra içki qəbul edərək beləcə özü də bilmədən spirtli içki aludəçisi olmuşdu. Onunla uzun – uzadı söhbətimizdən sonra mən onun iradəsinin zəif olduğunu anladım və bir əsas məqamı da başa düşdüm ki, ailədə faciə baş verdikdə bütün ailə üzvləri bir – birinə dəstək olmalıdırlar. Əks halda bu faciə ailənin hər bir üzvünü tək – tək yaxalayıb onları zülmə sürükləyəcək. Nə yaxşı ki, Allah insanı tez unudan yaradıb. Çünki insan unuda bilməsə düşdüyü dərdlə çox yaşaya bilməz.
Çoxdandır ki, gündəliyimi açıb yazmıram. Gündəliyimi yazmağa başladığım gündən çalışıram ki, həyatımda yaşadığım ən maraqlı anları gündəliyimdə qeyd edim. Düşünürəm ki,bəlkə də bu gündəlik nə vaxtsa oğlumun,qızımın,qismət olsa nəvələrimin diqqətini çəkər və onlar mənim gündəliyimi oxuduqda müəyyən həyat bilgisi əldə edərlər. Belə olan halda isə mənim üzərimə böyük bir məsuliyyət düşür. Mən həyatımı İslam əxlaqına uyğun şərəf və ləyaqət üzərində qurmalıyam ki, gələcək nəsil olaraq mənim övladlarım da bu prinsipləri davam etdirsinlər.Məhz buna görə də həyatımda baş verən adi hadisələri gündəliyimdə qeyd etmirəm. Bu səhər işə yollananda başıma gələnhadisə isə bu günki günü qeyd etməyimin əsas səbəbidir. Sürücüm Elman ailə vəziyyəti ilə bağlı on günlük növbədən kənar məzuniyyətdə olduğundan işə özüm gedib – gəlir, avtomobili mən idarə edirdim. Səhər avtomobilimə yaxınlaşanda avtomobilin yanında, yerdə qan izləri gördüm. Artıq, qurumuş qan baş vermiş hadisədən, bir müddət keçdiyindən xəbər verirdi. Avtomobilin sağ və sol tərəflərinə keçib ətrafına baxdım.Heç bir iz yox idi. Əyilib avtomobilin altına baxanda isə dəhşət məni bürüdü. Iki məhsum göz mənə baxırdı. Bu baxışlarda həm qorxu, həm imdad, həm də mənim hələ dərk edə bilmədiyim bir çox hisslər var idi. Danışa bilməyən bu yaradılaş nədənsə, həyətimizdə olan avtodayanacaqdakı əlliyə yaxın avtomobilin içindən məhz mənim avtomobilimi özünə sığınacaq seçmişdi. Bu balaca bir it idi. Mən, onu nə qədər çağırsam da lakin o, avtomobilimin altından çıxmaq istəmirdi. Bu gün çox vacib görüşlərim olduğu üçün ziyafət kostyumunda olduğumdan bu balaca yaradılışı avtomobilimin altından çıxarmaqda əziyyət çəkirdim.Çox tərəddüd etmədən evə qalxıb, soyuducudan bir parça ət götürdüm və avtomobilimin yanına qayıtdım. Qorxudan iştahasız olan bu küçə iti avtomobilimin təkərinə sıxılıb, baxışları ilə mənə sanki “mənə toxunma” deyirdi. Mən, bu balaca küçə itini avtomobilimin altından çıxara bilməyəcəyimi hiss edib həyətimizdə olan uşaqlardan mənə kömək etmələrini xaiş etdim. Onlar çətinliklə də olsa avtomobilin altında təkərlərə sıxılan balaca iti çıxara bildilər. Gördüyüm mənzərə və bu küçə itinin əzabları məni narahat etməyə başladı. Uşaqların arasında gedən qızğın müzakirədən belə başa düşdüm ki, bu it gecə yolu keçərkən qaranlıqda hansısa avtomobil onu vurub. Zərbənin təsiri elə güclü olub ki, itin arxa ayaqları təmiz üzülmüşdü. Hər dəfə onu tərpədəndə çıxardığı səslər onun dəhşətli ağrılar yaşadığından xəbər verirdi. Mən onu burada qoyub gedə bilməzdim. Elə buna görə də,öz cib telefonumla ofis meneceri Vüqar müəllimə zəng vurub vəziyyəti ona izah elədim və görüşlərin mənsiz təşkil olunmasını və keçirilməsini xaiş etdim. Mən Vüqar müəllimlə danışarkən ona düşdüyüm vəziyyəti izah etməkdə çox böyük çətinlik çəkdim. İndi ki zəmanədə insanların psixologiyası elə bir formada inkişaf edib ki, mənim adi bir küçə itinə kömək etməyimi və bir itə görə şirkətin maraqlarını ikinci plana keçirməyimi onlar normal qəbul edə bilmirdilər. Nədənsə bu onlar üçün çox təəccüblü bir hal kimi görünürdü. Mənə isə bir anlıq elə gəldi ki, sanki insanların qəlbləri get – gedə daşlaşır. Cari işlərlə, gündəlik qarşılaşdığımız problemlər bizləri hisslərimizdən və mənəvi dəyərlərimizdən uzaqlaşdırır. Vüqar müəllim təəccübünü gizlədə bilsədə artıq bu psixoloji durum biz cavanlara o qədər təsir edib ki, biz mənəvi dəyərlərimizi və insani keyfiyyətlərimizi, mütəmadi yaşadığımız həyatda arxa plana keçiririk. Sanki iş,karyera,prespektiv,yeniliklərlə ayaqlaşmaq kimi bizlər üçün mühüm sayılan məsələlər üzərində proqramlaşmışıq. Bir sözlə manqurtlaşmışıq. Hətta bu səhər mən özüm belə Vüqar müəllimə düşdüyüm vəziyyəti izah etməyə utanırdım. Mən, sadəcə olaraq bir şeyi bilirəm ki, zaman dəyişsədə insan dəyişməməlidir və mənim ixtiyarım yoxdur ki, Uca Rəbbim tərəfindən verilmiş mənəviyyatı zamanın nəbzinə qurban verim. Çünki sonu birdir və əməllərin qurtardığı an hesab anıdır. Elə bu fikirlərlə də avtomobilimdə olan əski parçası ilə bu balaca iti ehmalca büküb, onu arxa oturacağın üstünə qoydum. Bir neçə tanışıma zəng etdikdən sonra başa düşdüm ki, bu gün hərtərəfli inkişaf etmiş və gündən – günə gözəlləşən Bakı şəhərində bir dənə də olsun küçə heyvanlarını müayinə və müalicə edən mərkəz yoxdur. Beləcə, tərəddüd etmədən avtomobili dostum Eldənizin yaşadığı ünvana sürdüm. Eldəniz uşaqlıqdan it saxlayırdı. Ondan öyrəndim ki, o öz itini peyvənd etmək üçün Bakı şəhərində yerləşən zooparka aparır. Nəhayət məndə üz tutdum zooparka. Zoopark işçilərinin bu dilsiz heyvana biganə yanaşmasını isə cəmi iki yüz manat çax asanlıqla həll etdi. Onlar təcili həkim çağırıb iti müayinə etdilər və mənə onun arxa ayaqlarının rentgen olunmasına ehtiyac olduğunu bildirdilər. Mən, rentgen üçün onların verdikləri ünvana – Mətbuat prospektində yerləşən tibb mərkəzinə yollandım. Bu gün, gün boyu yeganə bir insan qarşıma çıxdı ki,tamamilə təmənnasız olaraq o, itin ayaqlarını rentgen etdi, öz təşəbbüsü ilə xsusi məhlulla onun qanını yudu və bəlkə də mənə min dəfə “çox sağ ol” dedi. Bu insan Rus millətindən olan orta yaşlı bir xanım idi. Mən, rentgen şəkillərini götürüb yenidən zooparka qayıdaraq onları həkimə təqdim etdim və itin ayaqları üzərində əməliyyat başladı. Qırx dəqiqəyə yaxın davam edən əməliyyatdan sonra, iti xüsusi saxlanma kamerasına yerləşdirdilər. Mənim nəzarətim altında itin sinəsində olan kiçik yaralara xüsusi məlhəm çəkdilər. Ömrümdə birinci dəfə idi ki, mən bir itin ayaqlarını gipsdə görürdüm. Həkimlə razılaşmamıza görə it iki həftə müddətində orada qalmalı, ona qulluq edilməli, gündə dörd dəfə yemək verilməli, həftə ərzində iki dəfə yuyulmalı və sap – sağlam halda mənə tam təhvil verilməlidir.Bütün bunların xərci isə, bir gün üçün n səkkiz manat təşkil edirdi. Buna mənim aldığım dərmanların və iynələrin gündəlik vurulması da daxil idi. Mən isə bütün bunlara görə artıqlaması ilə iki həftəlik ödəniş etdim və həkimdən, hər üç saatdan bir mənə zəng vurmalarını və itin səhhəti ilə bağlı məlumat vermələrini xaiş etdim. Mən ofisə gəldiyimdə artıq saat altının yarısı idi. Allahın böyüklüyünə şükürlər olsun ki, studiyanın əməkdaşları mənsiz bütün işlərin öhtəsindən gələ bilmişdirlər. Vüqar müəllimin “Muxtar müəllim qonşunun iti necə oldu? Bu gün sizə neçə dəfə zəng vursam da cavab verməmisiniz” sualı isə lap yerinə düşdü. Belə ki, bu qeyri adi sualın cavabını mən tapmaqda çətinlik çəkdim. Axı kim ona demişdi ki, mən qonşunun itini müalicəyə aparmışam. Bu insanın təfəkküründə canlandırdığı obraz, sadəcə onun reallığı görə bilməməsinin nəticəsidir. Bu isə yeni əsr müasir insanlarının qəlblərinin daşlaşmasından xəbər verir. Allah sizə hidayət versin. Amin.
Artıq üç gün keçib. Səhər zooparkdan olan cavan oğlanın zəngi düşdüyüm bu problemin qaçılmaz olduğunu mənə anlatdı və məni, özümün də hələ dərk edə bilmədiyim sınaqlara çəkdi. Balaca qəhrəman artıq üç gündür ki, könüllü sürətdə nə bir şey yeyir, nə də su içir. Xsusi vasitələrlə onu məcburi yedizdirsələrdə o,yediyini qaytarır. Onun telefon zəngi məni həqiqətən də çıxılmaz vəziyyətdə qoydu. Nahar vaxtı zooparka yollandım. Balaca qəhrəmanda heç bir irəliləyiş yox idi. Saxlanma şəraiti yaxşı olsa da balaca qəhrəman sanki iki dünyanın arasında qalmışdı. O həyatla yaşamaq uğrunda mübarizə aparırdı.Həkimin verdiyi növbəti diaqnoza görə isə onun daxili orqanları bərk zədələnibmiş. Bu gedişlə demək olar ki,onun həyatda qalmaq ehtimalı minimumdur. Çıxış yolu isə onu bu zülümdən qurtarmaq üçün birdəfəlik yuxuya verməkdir.Şüurum həkimin dediyi sözlərə bərait qazandırsa da lakin hisslərim yenə də təslim ola bilmirdi. Düşündüm ki, mən bir qarışqanı belə yarada bilməyən insan bu yaradılışın həyatına necə son qoya bilərəm. Düzdür, əgər o yaxın iki, üç saat ərzində belə zülümlə öləcəksə onun ağrı çəkmədən birdəfəlik yuxuya getməsi daha məntiqlidir. Ancaq bu “əgər” sözü mənni yenədə saxladı və mən həkimə “bacardığınız qədər siz əlinizdən ğələni edin, və bu yazığın ağrılarını azalrmaq üçün bütün lazım olan dərman pereparatlarından istifadə edin. Ancaq canına qıymayın. Çünki hər bir yaradılışa canı verən də alan da Allahdır”dedim. Zooparkdan qayıtdıqdan sonra isə bir neçə görüş keçirdim. Sanki qəlbimdə qəribə bir boşluq vardı. Axşam üstü isə mənə zəng edib balaca qəhrəmanın ölüm xəbərini verdilər. Zooparkda çalışan cavan oğlan nə edəcəyini bilmirdi. O, məndən balaca qəhrəmanın basdırılmasının icazəsini aldı. Mən, balaca qəhrəmanın basdırılması üçün ona icazə verdim. Lakin düşüncələrimdə balaca qəhrəmanla bağlı bir neçə gün öncəki planlarımı gözümün önundən keçirdim. Axı mənim, onu zooparkdan çıxarıb saxlamaq niyyətim vardı. Əfsuslar olsun. Bütün bu hadisələrdən sonra iki səhnə heç yadımdan çıxmayacaq. Onun qəmli baxışları və gipsli ayaqları.Sadəcə düşünürəm ki mən, hər şeyi düz etdim. Bu gün çox maraqlı bir xanım sifarişçi ofisimizə qonaq gəlmişdi. Elə ilk görüşümüzdə mən, onunla işləməyin çətin olacağını başa düşdüm. Ümumi sahəsi iki min kvadrat metrə yaxın, villa sifarişi verən bu xanım memarlıq və dizayn tərtibatının klassik üslubda həyata keçirilməsini istəyirdi. Mən isə, onunla klassik interyerlər barədə söhbət edərkən maraqlı bir faktı üzə çıxardım. Sən demə bu xanım, ümumiyyətlə nə istədiyini heç özü də bilmirdi. Hər bir memar üçün başlıca vəzifə, istənilən bir layıhə işlənilən zaman sifarişçinin istəklərini dəqiq təyin etməkdir. Beləki, hər bir sifarişçidə memarlıq savadı və dizayner zövqü olmur. Əlbətdə ki, sifarişçinin dünya görüşü, dünyaya baxış prizması və onu əhatə edən cəmiyyət onun düşüncə tərzini formalaşdırır. Bəzi memarların isə, böyük səhvi ondan ibarətdir ki, sifarişçinin dəqiq istəyini bilmədən, onu araşdırmadan, tanımadan, zövqünü oxumadan onun üçün layihə çəkərkən yalnız öz təfəkküründə təyin etdiyi klassika, modern, barokko, avanqard kimi stilistika növlərinə müraciət edirlər. Nəticə isə əlbəttə ki, hər zaman qənaətbəxş olmur. Bu hal təqribən xəstə və həkim arasında münasibətlərə oxşayır. Müəyyən psixoloji xəstəlikdən əziyyət çəkən bir şəxsin həkimlə görüşərkən psixoloji söhbətlərdən aldığı fayadanı heç bir dərman pereparatı əvəz edə bilməz. Bunun üçün isə, həkim ilk növbədə psixoloji sarsıntı mənbəyini aşkar edib,üzə çıxarmalı və onu aradan qaldırmalı, məhz bundan sonra, müəyyən dərman pereparatlaeının köməyi ilə xəstənin müalicəsini aparmalıdır. Hansı ki, bu hal memarlıq sənətində də nəzərə alınmalıdır. Bu xanım sofarişçi ilə isə iki saata yaxın danışıq apardıqdan sonra mən təyin etdim ki, sifarişçi çox zəngin ailədə dünyaya göz açmışdır. Bu xanım itelektual səviyyəsinin artırılmasını kitablar ilə yox, gəzib gördüyü şəhərlərdə olan memarlıq incilərini öz təfəkküründə həkk etməklə kifayətlənmişdir. Sifarişçilər üçün ayrılmış prezentasiya otağında mən, ona klassik üslubda olan villa layihələrini nümaiş etdirərkən bu xanım bir mənalı şəkildə yox dedi. Ona diqqətlə qulaq asdıqdan və fikirlərini tam dinlədikdən sonra bu xanımın istədiyi layihə mənim düşüncələrimdə canlandı. Bu minimalız və modern stilinin klassika ilə təması idi. İri pəncərələr, təbii işıqlandırılmış otaqlar göz qamaşdıran çılçıraqlar, geniş və ürək açan zal, bir tonlu pərdələr, mərkəzdə royal, kamin, su şırıltısı təbiətlə interyerin vəhdəti , bir sözlə bu xanımın daxılı aləmi. Beləliklə mən artıq onun düşüncələrini gördüm. Məhz bu hissdir ki, istənilən memarlıq əsərini yaradarkən biz sifarişçini sevindirə bilirik. Onun gördüyünü görmək və xəyallarında olanı çəkib ona göstərmək, bu sənətin əsas incəliklərindəndir. Nadir hallarda sifarişçinin dünya görüşü və intelektual səviyyəsi o dərəcədə yüksək olur ki, sifarişçi konkret fikirini ifadə edir və bizim həmən fikir əsasında işlədiyimiz layihələr birmənalı şəkildə bəyənilir.
Belə sifarişçilər zövqlərini öz savadları ilə əsaslandırırlar. Fikrimi daha dolğun ifadə etsəm bu belə səslənir. “ Şəxsin memarlıq incilərindən, stilistikadan anlayışı var, ən azından oxuyur və bilir.Yaşadığı mühitin, qaldığı məkanın, gəzdiyi həyat sahəsinin hansı memarlıq üslubunda ilduğunu araşdırır, bir sözlə zövqünün akademik isbatını kəşf edir.” Misal üçün Nərgiz xanım Paşayeva. Respublikamızın ictimai və mədəni həyatınada böyük rolu olan bu kübar xanımla mənim iş birliyim təqribən 2003 – 2004 – cü illərə təsadüf edilir. “Maksi – Dizayn” şirkətinin rəhbəri Azərin dəvəti ilə mən bu sifarişi öz üzərimə götürmüşdüm. Azərin təklifi ilə ölkəmizin həyatında çox böyük rolu olan bu xanımın istəklərini və bir sifarişçi kimi onun yüksək intelektual səviyyəsinə dayanan və dünyavi təcrübəsinə əsaslanan zövqünü mən təmin etməli bir sözlə onları tam məmnun etməli idim. Beləki, bu sifariş “Maksi – Dizayn” şirkəti üçün gələcək uğurlara geniş prespektivli yollar açırdı. Zahirən çox sadə görünsə də yüksək intelektual səviyyəyə malik olan Nərgiz xanım Paşayeva memardan nə istədiyini bilirdi.Yeni doğulacaq memarlıq əsərində istifadə olaunacaq memarlıq və dekor elementlərini xanım sanki professional dizayner məharəti ilə mənə izah edirdi. Cəmi iyirmi gün ərzində biz modern stilinində inşa ediləcək möhtəşəm layihənin eskiz və interyer dizaynını birlikdə yəni xüsusi ilə qeyd etmək istəyirəm ki,tanınmış rəssam Altay müəllimin iştirakı ilə hazırladıq. Sanki Nərgiz xanım dövlət xadimi,sifarişçi yox, mənim tək bir memar – dizayner idi. Nərgiz xanım məndən razı qaldı.Nərgiz xanım Paşayeva və Altay müəllim kimi sifarışçılərlə işləyərkən sanki bir riyazi tapşırıq alırsan. Bir sözlə, verilir A, tapmalı B, nəticə S. Məhz bu an memar sifarişçinin intelektual səviyyəsi ilə ayaqlaşmalı, sifarişçinin memarlıq və dizayn sənətini nə dərəcədə mükəmməl bilməsini təyin etməli, və artıq bu zaman öz fitri istedadını nümaiş etdirərək sifarişçinin görə bilmədiyi yeni ideyalar pəncərəsini onun üzünə açmalıdır. Bu sənətin zirvəsidir. Ümumiyyətlə, istənilən bir incəsənət adamı və yaradıcı insan hər əsərə öz ruhundan verməlidir. Yalnız bu halda layihə möhtəşəm olacaq. Bünün üçün insanın yaradıcı ruhu zəngin olmalıdır. Sifarişçilərimdə olduğu kimi... Artıq bir aydır ki, Ramiz və Məcid müəllimlə iş birliyimiz davam edir. Dizaynerlərin çəkdiyi əziyyətə sifarişçi qiymət verməyəndə dizaynerlərdə yaranmış ruh düşgünlüyü layihənin tamamlanmasına çox böyük maniə yaradır. Bakı şəhərinin üçüncü mikrorayon dairəsində yerləşən köhnə bazarın yerində altı mərtəbəli ticarət mərkəzinin inşaası gedir. Bizim üzərimizə düşən iş isə, interyer – dizayn tərtibatının həllidir. İki min səkgiz yüz kvadrat metirdən çox sahəsi olan bu binanın üzərində gedən ağır yaradıcılıq prosesindən sonra sifarişçinin “Siz mənim üçün nə etmisiz? Mənə ancaq şəkil və planlar çəkib vermisiniz də...” deməsi məni bərk qəzəbləndirdi. Sənətə və zəhmətə qiymət verməyən insan heç bir zaman, heç bir işdə uğur qazana bilməz. Mənim üçün təsəvvür etmək çox çətindir. Etibarlı mənbələrdən aldığım məlumata görə bizim studiyanın hazırladığı bu layihənin planlarını və vizual görüntülərini alan bu imsanlar artıq bizim layıhələrimizə əsasən ticarət mərkəzinin təmir və tərtibat işlərinə başlayıblar. Bu gün isə işin sonunda çəkdiyimiz bu əziyyəti qiymətləndirmirlər. Mən, onların xoşagəlməz niyyətlərini tez anladım. İlk görüşümüzdə yüksək materialardan danışan bu insanlar indi imkansızlıqdan danışır və ya bu bizim istədiyimiz deyil deyirlər. Əfsuslar olsun ki, onların yalan danışdığını mənim bildiyimi bu insanlar bilmirlər. Mən isə onların bu hərəkətlərini təbəssümlə qarşılayır, yüksək mədəniyyət və səbr nümaiş eydirərək onları qapının kəndarına kimi ötürdüm. Bu mənim həmin insanlarla son görüşüm oldu ...Bu kimi hadisələrin tam əksi olaraq bir anlıq Azərbaycan Respublikasının Mədəniyyət naziri Polad bülbüloğlu ilə qısa yaradıcılıq anlarımızı xatırladım. Düşünürəm ki, həqiqətən də savadlı insanlarla işləmək hər zaman insana zövq verir.
O gün məni çox gözəl bir insanla tanış etdilər. Yenə də Azərin dəvəti ilə memarlıq və dizayn sahəsində bacarıqlı mütəxəssiz kimi, şəhərimizin gözəl məkanlarından biri olan “NİAKO – HOUSE” şəhərciyinə dəvət olunmuşdum. Sifarişçinin isə kim olacağını mənə qabaqcadan məlumat vermişdilər. Bu insan ilə ünsiyyətdə olmaq mənim üçün həqiqətən də böyük bir şərəf idi. Polad müəllimlə binanın həyətində görüşdük. O çox sadə, təmkinli və gülərüz bir insan idi. Respublikamızın mədəniyyət naziri olmasına baxmayaraq onunla aramızda elə bir ünsiyyət yarandı ki, sanki mən illərdir tanıdığım bir dostumla görüşmüşəm. O, məni təmir mərhələsində olan evlərdən birinə dəvət edib, bir dizayner kimi fikirlərimin ona çox maraqlı olduğunu bildirdi. İnteryerə baxdıqda oranın dizayn tərtibatı ilə bağlı düşüncələrimi ona bildirdim. Bu gülərüz insan isə öz fikirlərini mənim diqqətimə iki cümlə ilə elə çatdırdı ki, sanki mənim ona hansı suallar verəcəyimi öncədən bilirdi. Az bir vaxt ərzində o öz təsəvvüründə olan dizayn layihəsini mənim yaddaşıma köçürdü. Bu insanla ünsiyyətdə olarkən həqiqətən də mən pozetiv enerji aldım. Necə ki, Nərgiz xanım Paşayevada olduğu kimi.Qısa bir müddət ərzində layihəni bitirdim. Əlbətdə ki, Polad müəllim və “Maksi – Dizayn” şirkətinin rəhbəri Azər məndən razı qaldı. Allah onlardan razı olsun!Polad müəllimin mənə zarafatla “Cavan oğlan! Mən varlı Nazirlərdən deyiləm ha...” deməsi indiyə kimi, hələdə yadımdan çıxmayıb. Əlbətdə ki, bu gözəl bir sadəlik nümunəsidir. Çoxdandır ki, gündəliyimi açmıram. Bu qədər müddət gündəliyimi açmamağıma səbəb isə iş həyatımda sifarişlərin çox olması ilə bağlıdır. Bu günü isə qeyd etməyimin səbəbi iş həyatımda xsusi bir halın baş verməsidi.Bu gün, Heydər Əliyev Fondunun nümayəndəsi kimi özünü təqdim edən bir insan ofisimizə yaxınlaşaraq təcili şəkildə, Rəssamlar İttifaqının dizayn layihəsinin hazırlanmasını xaiş edib. Heydər Əliyev Fondu kimi çox mötəbər bir təşkilatla işləmək bizim üçün böyük şərəf olduğundan Vüqar müəllim mənimlə təcili telefon əlaqəsi saxlayaraq görüşü təşkil etdiyini və Rəssamlar İttifaqının binasına dizaynerlərimizi göndərdiyini bildirdi. Vüqar müəllimin bildirdiyinə görə, Heydər Əliyev Fondunda çalışan bu şəxs bizim şirkət hakqında məlumatı da Heydər Əliyev Fondunun əməkdaşlarından alıb və şirkətimizə də məhz onların məsləhəti ilə gəlib. Ən əsası da odur ki, bu şəxs heydər əliyev Fondunun adından gəlib və ən maraqlısı isə o, layihənin təcili olaraq, daha doğrusu cəmi iki gün ərzində hazır olmasını xaiş edib.Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi altında yaradılmış çox mötəbər bir təşkilatdır. Əlbətdə ki, bu qüdrətli təşkilatla iş birliyi qurmaq çax insanın arzusudur. Elə çox insanlar üçün də bu, yalnız bir əl çatmaz arzu olaraq qalır... Bizim üçün isə bu artıq bir arzu yox inanılmaz bir həqiqətə çevrilməkdədir.Kütləvi İnformasiya Vasitələrindən aldığım məlumata görə Heydər Əliyev Fondu nəinki Azərbaycanda həmçinin də dünyanın bir çox ölkələrində böyük humanitar layihələrə imza atan bir təşkilatdır. Dünyanın nadir tarixi şəxsiyyətlərindən olan, Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu qüdrətli təşkilat ölkəmizdə və hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı iri layihələri ilə bizləri hər zaman təəccübləndirməkdədir. Əslində belə möhtəşəm layihələr həyata keçirən bu qüdrətli təşkilatla əməkdaşlıq etmək və onlara bu xeyirxah missiyada yardımçı olmaq mənim də ən böyük arzularımdan biridir. Elə buna görə də Vüqar müəllimin telefon zəngindən sonra mən görüşü yarımçıq saxlayıb təcili Rəssamlar İttifaqına yollandım. Sifarişçi orada olmasa da dizaynerlər isə artıq daxılı interyer ölçülərini götürməklə məşğul idilər. Klassik üslubda olan bu qədim binanın böyük xollu, iri sərgi zalı və digər iş otaqları ilə bərabər müşavirə otağı vardı. Mən dizaynerlərə tövsiyyələr verərək Vüqar müəllimə layihənin deyilən vaxt ərzində hazırlanmasına, başqa işləri kənara qoyaraq bütün diqqətin yalnız bu işə cəmlənməsini tapşırdım. Eyni zamanda Vüqar müəllimə bildirdim ki, bu layihənin həyata keçirilməsində heç bir pul vəsaitinin köçürülməsinə ehtiyac yoxdur. Çünki, Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu fondun həyata keçirdiyi layihələrdə onlara dəstək olmaq “ Master – Dizayn” şirkətinin kollektivi üçün böyük şərəfdir. Çünki, onlar Azərbaycan Xalqına və dövlətçiliyimizə xidmət edirlər. Necə ki, bizim kimi...
Bü gün ilk görüşüm Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevlə oldu.Vaqif müəllim həqiqətən də çox sadə, təmkinli, dinləməyi bacaran və mədəni bir insandır. Dövlət başçımızın Sumqayıta növbəti gəlişi ilə əlaqədar bir sıra yenidən qurma işlərinin aparılması ilə bağlı Vaqif müəllimin istəklərini dinlədikdən sonra mən də öz fikirlərimi onunla bölüşdüm. Sumqayıt şəhərində yerləşən Heydər Əliyev adına park, Sumqayıt Milli parkı, Sumqayıt şəhər tarixi muzeyi, Nizami parkı, Nəsimi parkı və Sumqayıt şəhərinin girəcəyində yerləşən Estellanın yenidən, müasir üslubda tərtibatına ehtiyac var. Gündən – günə gözəlləşən və müasirləşən Azərbaycanımızın sənaye və gənclər şəhəri olan Sumqayıt şəhərinin ümumiyyətlə bir çox yerlərində yenidənqurma işlərinə böyük ehtiyac duyulduğu açıq – aydın görünür. Əlbətdə ki, Vaqif müəllimə bütün bu işlərdə yardımçı olmaq, bir Azərbaycan Vətəndaşı və Suqayıt şəhər sakini olaraq mənim öhtəmə düşən əsas vəzifədir. Başqa sözlə desək mənəvi borcumdur. Elə buna görə də mən, dizaynerləri qruplara bölərək hər qrupa rəhbər təyin etdim və onlara müvafiq tapşırıqlar verərək yaxın altı ay ərzində ortaya nəzərə çarpacaq işlər çıxaracağımızı qarşıya məqsəd qoydum və Vaqif müəllimə söz verdim. Vaqif müəllim isə öz növbəsində bu işlərlə şəxsən maraqlanacağını bildirərək, görülən işlər barədə mütəmadi olaraq onu məlumatlandırmağımı xaiş etdi.Mənim üçün isə,ilk mövbədə görülməli olan əsas iş Ulu Öndər Heydər Əliyevin adını daşıyan Parkın əsaslı şəkildə yenidən gurulması idi. Ona görə dabu parkda görülən hər bir iş bilavasitə mənim nəzarətim altında həyata keçirilməlidir.Ulu Öndər Heydər Əliyevin şəxsən tanıyan Vaqif müəllim görüşümüz zamanı Heydər Əliyev hakqında bir sıra məqamlara da toxundu. Mən bilirəm ki, Heydər Əliyevin “Azərbaycan dünyaya günəş tək doğacaqdır” cümləsi, bu vətəni sevən insanların səyi nəticəsində ölkəmizin həqiqətən də ən yaxın gələcəkdə bir günəş kimi parlayacağından xəbər verir. İnanıram ki, Heydər Əliyevin ideyaları uğurla həyata keçəcəkdir. (Bəli, bu gün Evrovision 2013, 15 – ci Olimpiya İdman Oyunları və sair tədbirlərin Azərbaycanda keçirilməsi buna nümunədir) Dərin təfəkkür sahibi olan Vaqif müəllim, öz lideri ilə fəxr etməklə bərabaər çox insan sevər və vətənpərvər bir şəxsdir. Belə insanlarla ünsiyyətdə olmaq mənə böyük ruh yüksəkliyi bəxş edir. Mənim isə üzərimə düşən işin öhtəsindən gələcəyimə qətiyyən şübhəm yoxdur. Axı Heydər Əliyevin “Azərbaycan dünyaya günəş tək doğacaqdır” sözləri bir memar – dizayner kimi mənim də yaradıclıq həvəsimi artırır. Məhz buna görə də mənim əsas məqsədim daha böyük layihələrə imza atmaqdır. Məm bir memar kimi Azərbaycan Respublikasını – Öz doğma vətənimi bütün dünyada təmsil etmək istəyirəm. Mənim məqsədim müasir dünya layihələrini vətənim Azərbaycanda tətbiq etmək deyil, öndə düran məqsədim Azərbaycanımı – Vətənimi bütün dünyaya müasir bir memarlıq incisi kimi tanıtmaqdır. Əgər mən bu məqsədimə nail ola bilsəm onda əlbətdə ki, şərəfli bir ömür yaşadığımı deyə bilərəm. İnşaAllah!
Gənc memar – dizayner Muxtar Seyfəddin oğlu Vəliyevin həyat və yaradıcılığını, düşüncələrini, onun şəxsi düşüncələrini, şəxsiyyətini, sizə tanıtmaq məqsədi ilə biz bu insanın gündəliyindən yuxarıda tanış olduğunuz bir çox maraqlı məqamları sizin diqqətinizə çatdırdıq. İndi isə, zamanı qabaqlayaraq gənc memar Muxtar Vəliyevin həyatından hər birinizə gərginlik dolu anlar yaşadacaq və hər birinizin qarşılaşa biləcəyiniz ağılasığmaz məqamları, bu gənc insanın həyatının daha həyəcanlı anlarını Sizə çatdırırıq.
Milliirs.com saytının baş redaktoru jurnalist – publisist Həci Ağa-Zadə.
Hər şey bir yuxudan başladı. Gözlərimi açdığım an gecə saat neçə olduğunu anlamadım. Boğazım bərk qurumuşdu.Yeni mənzilimin otaqlarına hələ uyğunlaşa bilmədiyim üçün, yatağımdan qalxıb alaqaranlıq otaqlardan keçərək mətbəxə daxil oldum. Bir fincan su içib otaqdan çıxmaq istəyərkən gözüm mətbəxdə yerləşən yemək masasına sataşdı. Sanki, on dəqiqə bundan öncə yuxuda gördüyüm möhtərəm qonaq elə bil bu saat bu masadan qalxmışdı... Dəhlizdən gələn ayaq səsləri məni reallığa qaytardı. Qayğıkeş həyat yoldaşım mətbəxə daxil olub təəccüb dolu nəzərlərlə mənə baxaraq məndən narahat yatmağımın və gecə yuxuda danışmağımın səbəbini soruşdu. Gördüyüm yuxunu ona danışdım. Yuxuda isə görmüşdüm ki, təzə tikilmiş binamızın qarşısında dayanıb tanımadığım dostlarımlarımla söhbət edirdim. Hava çox gözəl idi. Ancaq nədənsə həyətdə məndən və tanımadığım lakin nədənsəyaxşı münasibətdə olduğum dostlarımdan başqa heç bir kəs yox idi. Elə bu an üzərimdə uzaqdan mənə baxan uca qamətli, boz pencəkli bir şəxsin nəzərlərini hiss etdim. Sanki, mənə nə isə demək istəyən bu şəxs dostlarımın yanımda olmasından narahat olur və nəzərini mənim üzərimdə cəmləyib sanki, baxışları ilə məni çağırırdı. Bu şəxsi uzaqdan yaxşı sezə bilməsəm də, onun davranışında, baxışlarında, hərəkətlərində mənə tanış və doğma cəhətlər var idi. Dayanmadan dostlarımdan ayrılıb bu insana tərəf üz tutdum. Bu insana yaxınlaşdıqca onu tanıdım və təəccübümü gizlədə bilmədim. Hətta yuxuda belə həyəcan məni bürüdü və düşüncələrim qarışdı. Gözlərimə inanmadım... Ona yaxınlaşaraq sakitcə salamlaşdım. Hətta indi bu misraları yazanda da sanki yenə də o insan gözlərim önündə canlanır. Bəli, bu insan həyatda ikən mənim üçün ideal olan əbədi liderimiz Ulu Öndər Heydər Əliyev idi. Sağlığında onunla görüşmək mənə nəsib olmasa da, öz yuxumda mən bu arzuma çatdım. Ancaq nədənsə o, mənə çox kədərli baxışlarla baxırdı. Mən təəccübümü gizlədə bilməyərək ondan “ Cənab Prezident bu Sizsinizmi?, məgər siz ? ... “ deyərək soruşdum. O, isə mənim bu suallarıma sözlə cavab verməyib sadəcə başı ilə “hə” deyirdi. Mən ondan nə üçün belə kədərli olmasını soruşduqda da o, yenə başını asta – asta tərpədərək sanki gözləri yol çəkirmiş kimi qəmli baxışlarla düz gözlərimin içinə baxırdı. Hə, o qəmli baxışlar indi də gözlərimin önündədir. Bu baxışlarda onun qəmli olduğunu, mənə nə isə söz demək istədiyini, sanki məni nədənsə xəbərdar etməsini və ruhunun elə bil bir narahatçılıq keçirdiyini hiss edirdim. Mən ona nə qədər sual versəm də belə, o cavab vermirdi. Hətta ondan soruşdum ki, bəlkə yaxınlarına və əzizlərinə deyəcək bir sözü varsa mən bacardığım qədər ona kömək edə bilərəm. Lakin o yenə də susurdu və başı ilə işarə verərək yox deyirdi. Mən onu bu qəmgin halda buraxa bilməzdim. Elə bu səbəbdən də onu evə dəvət etdim. O heç bir söz demədən dəvətimi qəbul edib mənimlə bizim təzə mənzilimizə yollandı. Biz mətbəxdə olan masanın arxasında əyləşdik. Həyat yoldaşım qonağa və mənə çay süzdü. Mən, Ulu Öndərdən dəfələrlə onun niyə belə kədərli olmasını və mənimlə nə üçün bir kəlmə belə danışmamasının səbəbini soruşsam da, o qəmli baxışlarla ya mənə, ya da mətbəxin pəncərəsindən açılan mənzərəyə baxır, sanki gözləri yol çəkirmiş kimi köksünü ötürürdü... Bir qədər oturduqdan sonra qonağım çay içmədən ayağa qalxıb getmək istədi. Hiss etdim ki, o düşüncələrində olan kədəri və qəmi mənə izah etməkdə mənimlə bölüşməkdə çətinlik çəkir. Heç bilmirəm bu hissləri necə yazım ... Mən artıq onu saxlaya bilmədim. Beləcə onun kədərli baxışlarının səbəbini bilmədən və mənə nə demək istədiyini anlamadan onunla ilk görüşdüyümüz yerə kimi gəlib ona “ Cənab Prezident bu gedişinizlə məni çox narahat qoydunuz... “ deyərək yola saldım. O, sağ əlini mənim çiynimə qoyub kədər dolu baxışları ilə düz gözlərimin içinə baxdı və köksünü dəlib, arxaya baxmadan yanımdan uzaqlaşdı... Yuxumu həyat yoldaşıma danışdım. O, isə yuxuda lider görmək yaxşı əlamət olduğunu bildirib, mənə səhər yuxumu atama danışmağımı məsləhət gördü. Mən bu gecəni daha yata bilmədim. Səhər adəti üzrə sürücüm Elman avtomobili saat səkgiz tamamda evimin qarşısında saxladı. Mən, avtomobilə əyləşib yeni ofisimizə yollandım. Adəti üzrə mən günün birinci yarısını Fəhlə prospektində yerləşən, Amay Ticarət Mərkəzi ilə üz – üzə, düz yol dairəsinin içində yerləşən təzə ofisimidə keçirirəm. Günün ikinci yarısında isə dizayn studiyanın yerləşdiyi köhnə ofisdə dizaynerlərlə görüşlərimi təşkil edirəm. Şəmsi Bədəlbəyli küçəsində yaranan tıxac iyirmi dəqiqə vaxtımı alsa da, bir avtomobilin yan pəncərəsində Ulu Öndər Heydər Əliyevin şəklinin olması diqqətimi çəkdi və dərhal bu gecə gördüyüm yuxunu mənə bir daha xatırlatdı. Elə o şəkilə baxa – baxa avtomobildə olan telefonla ofisimin telefonuna zəng edərək bir az gec gələcəyimi bildirmək istəyirdim ki,elə telefon qulağımdaca düşüncələrim qarışdı. Bəli bu gün onun əbədiyyətə qovuşduğu gündür və məhz elə bu gecə də o mənim yuxularımın qonağı olub. İlahi! Bilirəm ki, bu dünyada təsadüflər olmur. Bir ağacdan düşən yarpaq belə sənin izninlə düşür. Hər şeyə hakim sənsən. Allahım! Cib telefonumdan atamın mobil telefonuna dərhal zəng edərək bu olayı atama danışdım. Onun işguzar görüşdə olduğunu və mənə lazımınca diqqət ayıra bilməyəcəyini hiss edib atamla axşama görüş təyin etdim. Fikirlərimi kiminləsə bölüşməsəm yaşadığım hadisələrdən rahatlıq tapa bilməyəcəyimi düşünərək dostum Amala zəng edib ondan təcili ofisimə gəlməsini xahiş etdim.Amal mənim uşaqlıq dostumdur. Demək olar ki, onu on ildən çoxdur ki, tanıyıram. Amalın əsl adı isə Seymurdur. O, vokal musiqi ifaçısıdır. Onun çox gözəl bariton səs tembri var. Amal, min doqquz yüz doğsan beş və doğsan altıncı illərdə mənim yaratdığım öz fəaliyyət dərnəyinin üzvü və solo ifaçısı olub.Onunla birlikdə bir çox professional səhnələri bölüşmüşük. Lakin biz yaşad olduqca, müxtəlif ixtisaslar seçdiyimizdən onunla sənət yollarımız ayrılıb. Amma dostluğumuz isə əlbəttə ki, bu gün də davam edir. Seymur isə öz musiqi sənətini indi də də davam etdirir və onun ifaları bu gün də insanların zövqünü oxşayır. Hələ Seymur məktəbdə oxuyarkən, onun başına gələn həyat faciəsi biz dostları bir – birimiz ilə daha da doğmalaşdırdı. O, hələ uşaq ikən anası xərçəng xəstəliyindən dünyasını dəyişərək 2 az yaşlı övladını Seymura tapşırdı. Beləliklə də kiçik yaşlarından o, bu məsliyyəti dərk edərək qarşısına böyük məqsədlər qoydu və həyatın amansız sınaqları ilə mübarizəyə atıldı. Onun atasının etdiyi əməllər barədə isə, sadəcə yazmaq istəmirəm... Bircə onu deyə bilərəm ki, Seymur kimi düşüncə sahibi, insanları hər zaman başa düşən, qəlbən anlayan, mülaim təbiətli, səmimi bir dostumun olması ilə mən fəxr edirəm. Anası dünyasını dəyişəndən sonra, onun öz adını nə üçün dəyişməsini də əlbəttə ki, mən çox yaxşı anlayıram və bu barədə isə yəqin ki, başqa vaxt yazaram.Beləliklə də günün ikinci yarısında Amal ilə görüşdük. Təbiətcə çox təmkinli olan bu insan çox diqqətlə mənim söhbətimə sona qədər qulaq asdı və biz belə qərara gəldik ki, bu aralarda Ulu Öndərin məzarını ziyarət edək. Lakin, bu günlər Fəxri Xiyabana gedən insanların sayının çox olması bizim ziyarətimizi hələ beş altı gün gecikməsinə səbəb oldu. Beləliklə biz ziyarətimizi hələ bir neçə gün təxirə salmalı olduq. Amalı yola saldıqdan sonra dostum Nazimlə zəngləşdim və daha öncə təyin etdiyimiz görüş vaxtını bir daha dəqiqləşdirdim. Nazim ilə aramızda yaranmış bu günki isti münasibətlərimizin kökündə əlbəttə ki, müştəri məmnuniyyəti durur. Belə ki, hələ aylar öncə, Naimin ilk yeni mənzilinin interyer dizayn tərtibatı mənim studiyam tərəfindən verilmişdir. Nazim ilə də məni yenə də köhnə bir müştərim və nazimin öz qohumu Musa tanış etmişdir. Təbii ki, çəkilən hər bir layihə professional memar dizayner üçün bir vizit – kartdır. İşdən məmnun qalan müştəri bizimlə doğmalaşmaqla yanaşı, həmçinin öz sevincini digər insanlarla bölüşür. Beləliklə də qırılmaz zəncir, sanki bir şəbəkə yaranır. Bu isə istənilən sahədə uğurlu biznesin təməlini təşkil edən amillərdən biridir. Bu günkü görüşüm isə Nazimin atası, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanı, general – leytenant Zakir Həsənovla idi. Onunla birinci görüşümüz günlər öncə baş tutmuşdur. Bu isə bizim iknci görüşümüz idi. Bu gün mən ona yeni layihələrin təkliflər planını təqdim etməli idim. Elə birinci görüşümüzdən onun mənə “ kimdən maraqlandımsa Sizi çox təriflədilər ...“ deməsi, üzərimə düşən məsuliyyəti iki qat artırmışdı. Bu günkü görüşümüz Zakir müəllimin şəxsi evində baş tutdu. Görüş müvəffəqiyyətlə keçdi. Təklif qəbul olundu və konkret qərar verildi. Təbiətcə çox sərt, əsl potriot olan bu şəxs, öz tələbkarlığı ilə məndə ciddi nizam – intizam ab – havası yaratmışdı. Onun ardıcıl olaraq verdiyi konkret suallar isə həqiqətən də əsl hərbiçi təfəkkürünün məhsulu idi. Nədənsə onun yanında olduğum zaman ərzində özümü memar – dizayner, bir yaradıcı insan deyil, sadəcə “sıravi bir əskər” kimi hiss edirdim. Çay süfrəsinin arxasında keçən və bir saatdan artıq davam edən görüşümüz zamanı, nəhayət ki, sonunda özümü bir memar - dizayner kimi hiss etdim. Düşünürəm ki, oda sıxıntımı hiss etmişdi və elə buna görə də mənə bir qədər sərbəstlik yaratdı. Bir şeyi bilirəm ki, bu xasiyyətlə onu gələcəkdə çox böyük nailiyyətlər gözləyir... Amin. Özümü “əskər” hiss etməyim kimi diskomfort məqamların olmasına baxmayaraq ümumən söhbətimiz, şirkətimiz üçün yeni prespektivlərin açılması ilə nəticələndi. Bu gün yağışlı bir gün idi. Səhər evdən çıxarkən əynnimi isti geyinməyimin səbəbi isə dostum Amal ilə fəxri xiyabana, Ulu Öndərin məzarını ziyarətə geməyimizlə bağlı idi. Günün ikinci yarısı, Amal mənim ofisimə gəldi. Bütün işlərimi ofis menecerin öhtəsinə buraxaraq dostumla birlikdə fəxri xiyabana yollandıq. İçimdə qəribə bir hiss var idi. Bəli, bir həftə öncə yuxularımın qonağı olan şəxsin görüşünə gedərək bu gün mən özum onun qonağı olacam. Bilirəm ki, oda məhz bunu gözləyir. Fəxri Xiyabanda heç kim yox idi. İki girişli Fəxri xiyabanın cəmi bir girişi açıq idi. Girişdə yerləşən gözətçi məntəqəsində iki nəfər əyləşmişdi. Hər tərəfdə kameralar var idi. Biz, Ulu Öndər Heydər Əliyevin məzarına yaxınlaşdıq. Mən qəlbimdə Ulu Öndərlə söhbət etdikcə gördüyüm yuxu gözlərimin önündə canlanırdı. Qəlbimdə onunla söhbət edərək yuxuma gəlməsinin səbəbini soruşurdum. Mən, onun uca daş heykəlinə diqqət dolu nəzərlərlə baxdıqca sanki ondan bir cavab, bir işarə gözləyirdim. Ulu öndərin ruhuna dualar edib onunla halallaşdıq və dostumla birlikdə görkəmli aftolmoloq alim Zərifə xanımın məzarı önünə keçib burada da dualar oxuduq... Havada olan soyuqluq artıq özünü göstərməyə başlamışdı. Beləcə hər iki şəxsin məzarlarını ziyarət etdikdən sonra, biz fəxri xiyabandan uzaqlaşdıq.Bu dahi insanın yuxularıma gəlməsinin səbəbini bu gün bilməsəm də, əslində onun məzarını ziyarət etməklə bir növ qəlbən rahatlaşdım. Bax bu da bugün yaşadıqlarım...
Əslində müəllifin gördüyü bu yuxu hardasa yaxın gələcəkdə baş verəcək məlum hadisələrdən xəbər verirdi ki,bunu da sonrakı hadisələr bir daha göstərdi.
MİLLİİRS.COM saytının baş redaktoru jurnalist – publisist Həci Ağa – Zadə.
Bu günümü qələmə almaqda məqsədim hadisələrin sürətlə ardıcıllığıdır.Belə ki, bu səhər ofis meneceri Günay xanım böyük bir sevinc içində mənə zəng edərək təcili ofisə çağırması mənim üçün gözlənilməz oldu. Tərslikdən bu gün Bako şirkətlər qrupunun Tbilisi prospektində yerləşən Nəqliyyat nazirliyi ilə üzbə - üz yeni meqa marketlər şəbəkəsinin açılışı ilə bağlı orada son Dizayn Layihəsinə müəllif nəzarəti aparmalı idim.Ümumi sahəsi altı min kvadrat metrdən çox olan bu tikilinin dizayn və memarlıq həlli bizim şirkətdə həyata keçirilmişdir. Ofislərdən, satış və əyləncəni özündə birləşdirən geniş bölmələrdən ibarət olan bu tikilinin müəllif nəzarətini şəxsən özüm aparırdım.Çünki elə vaxtlar olur ki,sifarişçilər mənimlə münasibət qurduqdan sonra, onlarda yaranan müştəri məmnuniyyəti və isti münasibətlər, məni studiyanın işlərinə kənardan yox, məhs bilavasitə nəzarət etməyə məcbur edir. Lakin Günay xanımın verdiyi məlumata əsasən isə mən ofisdə olmalı idim. Məsələ isə ondan ibarət idi ki, bu gün səhər saat onun yarısı Heydər Əliyev Fondundan zəng gəlmişdi. Zəng edən adam Heydər Əliyev Fondunun protokol şöbəsinin əməkdaşı Arif Hüseynov adlı bir şəxs idi. Arif bəy Günay xanımla telefonla əlaqə saxladıqdan sonra bizim ofisimizə gəlmiş, gördüyümüz işlər barədə maraqlanmış və qısaca olaraq Günay xanıma bildirmişdir ki, onu bizim şirkətə Heydər Əliyev Fondundan göndəriblər. Həmçinin o, bildirmişdir ki,bizim gördüyümüz işlər haqda Heydər Əliyev Fondunun rəhbərliyində çox müsbət fikirlər var və bu barədə mənimlə görüşərkən ətraflı söhbət edəcək.Günay xanımın mənə izah etməsindən belə başa düşdüm ki, Heydər Əliyev Fondunun əməkdaşı olan Arif bəyin əynində polkovnik rütbəsini ifadə edən polis forması var idi.Heydər Əlyev Fondunun əməkdaşı Arif bəy Günay xanıma bildirmişdir ki, Heydər Əliyev Fondunun xətti ilə rekonstruksiya edilən Bakı şəhərində yerləşən Rəssamlar İttifaqının layihəsindən, Sumqayıt şəhərində və ölkəmizin digər bölgələrində tərəfimizdən verilən layihələrdən şəxsən Heydər Əliyev Fondunun rəhbəri Mahriban xanım Əliyeva şəxsən məlumatlıdır və çox məmnundur. Elə bu səbəbdən də bilavasitə Fondun prezidenti mehriban xanımın tapşırığı ilə bizim gənc və kreativ düşüncəli dizaynerlərimizin yaradıcılıq potensialından istifadə etmək və yararlanmaq istəyirlər. Hətta həyata keçirəcəyimiz layihələrin Avropa standartlarına uyğun olub olmamasından və zövq oxşamasından asılı olaraq gələcəkdə bizimlə əməkdaşlıq etmək arzusunda olduqlarını da dilə gətirib.Arif bəy və Günay xanım arasındakı qısaca söhbəti bir qədər təhlil edib Heydər Əliyev Fondunun əməkdaşına zəng etməyə qərar verdim. Onunla danışarkən, Arif bəy çox alicənab bir insan kimi məndə təssürat oyatdı və onun bilavasitə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanimin adından çıxış etməsi məndə məsuliyyət, iftixar, sevinc və qürur hissi oyatdı. Çünki, Respublikamızın mədəni və ictimai həyatında böyük layihələrə imza atan Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu mötəbər fondla əməkdaşlıq etmək mənim üçün böyük qürur, şirkətimiz üçün isə yeni prespektivlərin açılması deməkdir. Bu isə sözün əsl mənasında böyük bir qələbədir. İçimdə olan böyük sevinc və fərəh hissini ofisin uşaqları ilə bölüşmək istəsəm də lakin onlar mənə qədər hər şeyi öyrənmiş və bu sevinci yaşamaqda idilər.Mən atama zəng edib onunla görüşmək istəyimi rica etdim və günün ikinci yarısı atamla görüşüb bu sevinc dolu xəbəri onunla bölüşdüm. Bəli, nəhayət ki, ürəyimi boşalda biləcəyim bir insan tapdım. Atam isə öz növbəsində mənə yenə ağsaqqal məsləhəti verdi. Atamın dediklərindən belə başa düşdüm ki, Ulu Öndərin adını daşıyan bu möhtəşəm Fondun həyata keçirdiyi istənilən layihədə mənim az da olsa rolum varsa, bu bizim ailəmiz üçün şərəf məsələsidir. Bu işin nə dərəcədə məsuliyyətli olmasını mən yaxşı dərk etsəm də atamın verdiyi öyüd – nəsihətdən sonra məsuliyyət hissim daha da artdı.Deyəsən Ulu Öndərlə bağlı gördüyüm yuxu artıq özünü göstərməyə başlamışdı. Ancaq bu sual məni yenə də rahatsız edir. Nə üçün Ulu Öndər yuxularımda kədərli idi və o mənə nə demək istəyirdi ki, deyə bilmədi......Bir sözlə Heydər Əliyev Fondunun əməkdaşı Arif bəylə yaxın günlərdə görüşəcəm. Hazırda bütün fikirlərim və düşüncələrim yalnız bu görüşlə bağlıdır. İnşaAllah ki, mən və dizayn studiyamız bu yüksək etimadı doğrulda biləcəyik. Bu günlük bu gədər....
Bu gün olduqca xeyirli və uğurlu oldu. Çünki mən iki mühüm insanla görüşdüm.Heydər Əliyev fondunun məsul əməkdaşı Arif bəy və Elçin Ələkbərovla.
Hər iki insan şirkətimizin inkşafı və gələcəyi üçün böyük əhəmiyyət daşıyırlar.Belə ki, Arif müəllim Heydər Əliyev Fondunun sifarişi ilə bağlı mənimlə telefon danışığından sonra görüşdü. Uca boylu və xsusi formada idi və polkovnik rütbəsini daşıdığını çiynindəki ulduzlardan başa düşdüm. Bu insan çox alicənab və mehriban idi. Görüşümüz saat on bir tamama təyin olunmuşdu. Mən isə saat on tamamdan ofisə gələrək bütün mühüm tapşırıqları verib qonağımızın gəlişini gözləyirdim. Bu görüşdən çox şey asılı idi. Arif bəy mənimlə tanış olanda cibindən Heydər Əiyev fondunun vəsiqəsini çıxararaq mənə təqdim etdi. Əlində çoxlu sənədlərlə gələn qonaq vaxtının az olduğunu bildirdi.
Nəzakət xanım adəti üzrə qonağımıza çay verdi. Ofisimizin personalından razılıq bildirən Arif bəy əlindəki sənədləri masanın üzərinə qoyaraq mənə bildirdi ki, hazırda özü ilə gətirdiyi layihələri Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın köməkçisi və fondun vitse – prezidenti Anar Ələkbərovdan götürüb və Anar Ələkbərovun tapşırığını mənə çatdırmaq və fikirlərini izah etmək istəyir.Mən onun əlində gətirdiyi layihələrlə tanış oldum. Bu 650 nəfərlik Heydər Əliyev fondunun xətti ilə Yevlax rayonunda inşa ediləcək orta ümumtəhsil məktəbinin layihəsi idi. Layihə standart bir formada hazırlanmışdı və kreativ düşüncə hiss olunmurdu. Mənim xoşuma gəlməsə də, fikrimi özümdə saxladım. Layihənin müəllifi Atilla şirkətinln memarı İlqar adlı bir memar idi. Layihənin üzərində Atilla şirkətinin möhürü və İlqar adlı memarın imzası var idi. Layihə natamam eskiz şəkilində idi.
Bundan sonra Arif bəy əlindəki çantasından Heydər Əliyev fondunun rekvizitlərini özündə əks etdirən və Mehriban xanım Əliyevanın imzası ilə təsdiq olunmuş sənədləri çıxardı və mənə təqdim etdi. Mən sənədlərlə tanış olduqca Arif bəy mənə izah etdi ki, bu layihə Atilla şirkətinin Heydər Əliyev fondunin sifarişi ilə bir neçə ay öncə hazırladığı eskiz layihədir. Layihə çox gec hazırlandığı və çox sadə olduğu üçün fondun rəhbəri Mehriban xanımın xoşuna gəlməmişdi. Bütün görüş boyu içimdə gizlətdiyim hissim dilə gəldi və mən də bu layihədən heç bir zövq almadığımı bildirdim. Çünki Heydər Əliyev fondunun ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi möhtəşəm layihələr ilə bağlı biz kütləvi informasiya vasitələrindən məlumatlı idik. Lakin bu vizual görüntü baxımından çox sadə olan layihə heç zövqümü oxşamadı. Adətən sənətkarlar heç vaxt bir – birilərinin işlərini bəyənmirlər.Ona görə də bu həssas məsələyə mən görüşlər zamanı az toxunmağa üstünlük verirəm və heç vaxt digər müəlliflərin layihələrində olan çatışmamazlığa toxunmamağa çalışıram. Düşünürəm ki, hər bir sənətkar sənətə, sənəti ilə cavab verməlidir.
Mən Heydər Əliyev fondunun xətti ilə Yevlax rayonunda həyata keçiriləcək layihəni gözdən keçirdim və bu natamam eskiz layihəyə aid təklif və fikirlərimi Arif bəyə çatdırdım. Arif bəy bu layihənin müasir standartlara cavab vermədiyini və vizual görüntünü tamami ilə dəyişməyimizi, ümumiyyətlə layihəni kompleks şəkildə işləməyimizi xaiş etdi. Bütün fikirlərini çatdırdıqdan sonra mən Arif bəydən memarlıq tapşırığının onda olub olmamasını soruşdum. Arif bəy layihə sənədlərinin arasından memarlıq tapşırığını çıxardıb mənə təqdim etdi. Memarlıq tapşırığında bütün tələblər və tapşırıqlar fondun rəsmi bankı üzərində fondun gerbi ilə öz əksini tapmışdı. Sonuncu vərəqdə isə Heydər Əliyev Fondunun vitse przidenti Anar Ələkbərov adlı şəxsin imzası ilə təsdiq olunmuşdu. Fondun blankları da layihələri kimi möhtəşəm idi. Memarlıq tapşırığını gözdən keçirdim və dizayn haqqında heç bir müddəaya rast gəlmədiyim üçün Arif bəydən bu barədə nə kimi istəklərin olub olmamasını maraqlandım. Arif bəy mobil telefonu ilə zəng edərək Anar müəllim adlı şəxslə salamlaşdı.. Hiss olundu ki, Arif bəy fondun nümayəndəsinə zəng etmişdi. Danışıq bitəndən sonra isə mənə bildirdi ki, o fondun vitse – prezidenti Anar Ələkbərovla danışdı və memarlıq tapşırığına əlavə olan dizayn eskiz layihəsini ona yaxın günlərdə təqdim edəcəklər və o mənə təqdim olunacaq. Arif bəylə söhbət edərkən, məndən asılı olmayaraq qəribə bir hiss keçirirdim. Burada fərəh sevincə qarışmışdı...
Mən bizim şirkətimizin işləri ilə Arif bəyi tanış etdim. O bir çox layihələrlə artıq tanış olduğunu bildirdi və Heydər Əliyev fondunun xətti ilə bizim Master Dizayn şirkətinin Rəssamlar İttifaqının binasında gördüyümüz işlərə baxmaq istədiyini bildirdi. Mən qonağımızı tam məmnun etmək üçün ona bir çox imza atdığımız layihələrin prezentasiyasını böyük monitorda, proektorla video prezentasiya etdim. Arif bəy çox məmnun qaldı. Onun məmnunluğu isə məni məmnun etdi. Hətta o bu yaxınlarda məni Heydər Əliyev fondunun digər əməkdaşları ilə tanış edəcəyini bildirdi.
Arif bəylə görüşdən və müsbət istiqamətdə həll olunacaq gələck layihələr barədə danışıqdan böyük zövq aldım. Arif bəy növbəti görüşlərimizin yaxın günlərdə olacağını bildirdi.
Düşünürəm ki Heydər Əliyev fondunun xətti ilə həyata keçiriləcək böyük miqyaslı layihələrdə bizim də iştirak etməyimiz bizim üzərimizə qoyulan böyük etimaddır. Və bu etimadı biz doğrultmalıyıq !
Arif bəy tələsdiyi üçün mənimlə vidalaşıb getdi. Ancaq getmədən öncə dizayn studiyamızla və onun əməkdaşları ilə tanış olmaq arzusunda olmasını bildirdi. Mən onu şirkətimizin əməkdaşları ilə tanış etdim. Hər kəs qonağımızın kim olduğunu və Heydər Əliyev fondunu təmsil etdiyini bilirdi. Bunun üçün də onunla laiqincə görüşüb, özlərini təqdim etdilər.
Mənim dizayn studiyam mənim ailəmdir. Onaların hər birini bir insan və şəxsiyyət kimi sevir və dəyərləndirirəm. Çünki bilirəm ki onlar mənə və Master Dizayn şirkətinə çox ümüd bəsləyirlər və bütün güclərini səfərbər edirlər ki, sifarişçi məmnuniyyəti əldə edək. Biz hələ cavanıq. Qarşıda çox sınaqlar və çətin mərhələlər bizi gözləyir. Biz öz gələcəyimizi və övladlarımızın gələcəyinin firavan olması üçün bu gün bütün varlığımızla çalışmalı və işləməliyik. Bu qədər.... Allah bizi yaratdıqlarının şərrindən qorusun İnşaAllah.Amin.
Yeni gün yeni nəfəs. Hərdən hündür mərtəbəli binamızın eyvanında dayanıb aşağıda gəzən insanlara baxıb düşünürəm. Görəsən daima harasa tələsən bu yaradılış nə qədər ali və nə qədər alçaq bir varlıq olduğunu dərk edirmi? Hara tələsirlər bunlar? Axşam yuxuda öz ölümümü görmüşəm. Gecə ürəyimin döyüntüsünə yuxudan durub, bütün yaşadıqlarımın yuxu olmasını biləndə sevindim... Sevindim ki, hələ də yaşayıram. Yadıma dini kitablardan oxuduğum hədislərdən bir parça düşdü. “ Onlar Allaha - Bizi yenidən dünyaya qaytar, yaxşı əməllər edək deyə dua edəcəklər. Ancaq onların bu duası qəbul olunmayacaq.” Gecə yuxudan durarkən ilk düşündüyüm bu oldu. Və yaşadığım üçn Allahıma şükürlər eirəm. Ancaq yuxu o qədər real idi ki, hətta yuxudan duranda belə oyanışımı yuxu sandım.
Allahım sənə minlərcə şükürlər olsun. Məni haqq yoluna yönəlt. Yolunu azmışların sapmışların yoluna yox. Amin.
İşə adəti üzrə saat on tamamda çatdım.
Mən bizim şirkətimizin işləri ilə Arif bəyi tanış etdim. O bir çox layihələrlə artıq tanış olduğunu bildirdi və Heydər Əliyev fondunun xətti ilə bizim Master Dizayn şirkətinin Rəssamlar İttifaqının binasında gördüyümüz işlərə baxmaq istədiyini bildirdi. Mən qonağımızı tam məmnun etmək üçün ona bir çox imza atdığımız layihələrin prezentasiyasını böyük monitorda, proektorla video prezentasiya etdim. Arif bəy çox məmnun qaldı. Onun məmnunluğu isə məni məmnun etdi. Hətta o bu yaxınlarda məni Heydər Əliyev fondunun digər əməkdaşları ilə tanış edəcəyini bildirdi.
Arif bəylə görüşdən və müsbət istiqamətdə həll olunacaq gələck layihələr barədə danışıqdan böyük zövq aldım. Arif bəy növbəti görüşlərimizin yaxın günlərdə olacağını bildirdi.
Düşünürəm ki Heydər Əliyev fondunun xətti ilə həyata keçiriləcək böyük miqyaslı layihələrdə bizim də iştirak etməyimiz bizim üzərimizə qoyulan böyük etimaddır. Və bu etimadı biz doğrultmalıyıq !
Arif bəy tələsdiyi üçün mənimlə vidalaşıb getdi. Ancaq getmədən öncə dizayn studiyamızla və onun əməkdaşları ilə tanış olmaq arzusunda olmasını bildirdi. Mən onu şirkətimizin əməkdaşları ilə tanış etdim. Hər kəs qonağımızın kim olduğunu və Heydər Əliyev fondunu təmsil etdiyini bilirdi. Bunun üçün də onunla laiqincə görüşüb, özlərini təqdim etdilər.
Mənim dizayn studiyam mənim ailəmdir. Onaların hər birini bir insan və şəxsiyyət kimi sevir və dəyərləndirirəm. Çünki bilirəm ki onlar mənə və Master Dizayn şirkətinə çox ümüd bəsləyirlər və bütün güclərini səfərbər edirlər ki, sifarişçi məmnuniyyəti əldə edək. Biz hələ cavanıq. Qarşıda çox sınaqlar və çətin mərhələlər bizi gözləyir. Biz öz gələcəyimizi və övladlarımızın gələcəyinin firavan olması üçün bu gün bütün varlığımızla çalışmalı və işləməliyik. Bu qədər.... Allah bizi yaratdıqlarının şərrindən qorusun İnşaAllah.Amin.
Yeni gün yeni nəfəs. Hərdən hündür mərtəbəli binamızın eyvanında dayanıb aşağıda gəzən insanlara baxıb düşünürəm. Görəsən daima harasa tələsən bu yaradılış nə qədər ali və nə qədər alçaq bir varlıq olduğunu dərk edirmi? Hara tələsirlər bunlar? Axşam yuxuda öz ölümümü görmüşəm. Gecə ürəyimin döyüntüsünə yuxudan durub, bütün yaşadıqlarımın yuxu olmasını biləndə sevindim... Sevindim ki, hələ də yaşayıram. Yadıma dini kitablardan oxuduğum hədislərdən bir parça düşdü. “ Onlar Allaha - Bizi yenidən dünyaya qaytar, yaxşı əməllər edək deyə dua edəcəklər. Ancaq onların bu duası qəbul olunmayacaq.” Gecə yuxudan durarkən ilk düşündüyüm bu oldu. Və yaşadığım üçn Allahıma şükürlər eirəm. Ancaq yuxu o qədər real idi ki, hətta yuxudan duranda belə oyanışımı yuxu sandım.
Allahım sənə minlərcə şükürlər olsun. Məni haqq yoluna yönəlt. Yolunu azmışların sapmışların yoluna yox. Amin.
İşə adəti üzrə saat on tamamda çatdım.
0 коммент.:
Post a Comment