Azərbaycan Respublikası Ziyalılarının və Sumqayıt İctimaiyyətinin Müraciəti

      Bir qrup cinayətkar tərəfindən aldadılaraq onların çirkin əməllərinin günahsız qurbanına çevrilməklə 13 il müddətinə  azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş gənc memar – dizayner Muxtar Seyfəddin oğlu Vəliyevın həbsdə olduğu müddətdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr etdiyi Buta adası, Günəş şəhəri adlı memarlıq əsərlərinin “Xəzər” televiziyasının “Rezonans” verlişinin 14 may 2014 cü il tarixli buraxılışında nümaiş itdirilməsindən sonra 1600 nəfərdən çox Sumqayıt şəhər İctimaiyyəti və qonşu bölgələrin sakinlərinin Prezident cənab İlham Əliyev başda olmaqla, Akademik Ramiz Mehtiyevə və Azərbaycanın birinci xanımı,Heydər Əliyev Fondunun Prezidenti,millət vəkili Mehriban xanım Əliyevaya müraciət edərək bu istedadlı gəncin Əfv olunmasını, ona qarşı humanistlik göstərilməsini xahiş etmişlər. 1600 nəfərdən çox Sumqayıt şəhər İctimaiyyətinin və qonşu bölgələrin sakinlərinin həmin müraciətləri gənc memar – dizayner Muxtar Vəliyevin atası qocaman memar Vəliyev Seyfəddin Hümbət oğlu tərəfindən ünvan sahiblərinə çatdırılmışdır.



     Milliirs.com saytı olaraq bu gün biz də bu gənc memarın istedadına belə yüksək qiymət verən və möhtərəm cənab prezidentdən Vəliyev Muxtar Seyfəddin oğlunun Əfv olunmasını xaiş edən bu insanların hər birinə öz dərin təşəkkürlərimizi bildiririk və həmin müraciətlərlə bağlı məlumat alan kimi bu barədə ictimaiyyəti xəbərdar edəcəyimizi söz veririk.




Azərbaycan Respublikası Prezidenti
Cənab İlham Əliyevə

Heydər Əliyev Fondunun Prezidenti
Millət vəkili Mehriban Xanım Əliyevaya

Sumqayıt şəhər İctimaiyyəti tərəfindən

Müraciət

          Möhtərəm Cənab Prezident  və xanım Mehriban Əliyeva!
     Tarixi reallıqdan bəllidir ki,əbədilik qazanan böyük şəxsiyyətləri tarix az-az yetişdirir.Əqidəsi xalqının azadlığı,inkişafı qüdrətlənməsi uğurunda mübarizəyə həsr olunmuş belə insanlar zaman keçdikcə daha əzəmətli olurlar.Azərbaycanın milli sərvəti olan nəhəng şəxsiyyətlər əməlləri və təfəkürləri ilə yaddaşlarda əbədi qalırlar.Zəmanəmizin ən nəhəng və heyrətamiz şəxsiyyəti olan Ümummilli Liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdən biri idi və əbədi olaraq nəinki Azərbaycan Xalqının yaddaşında eyni qayda da,dunya siyasət tarixində əbədi yaşayacaq və onun siyasi irsi akademik araşdırma predmeti olacaq      

     Qeyd etmək lazımdır ki, mübarizliyi hər bir şəxsə nümunə olacaq Ulu Öndərin dünya çaplı, tarixi şəxsiyyət kimi yetişməsində onun ömür gün yoldaşı Zərifə xanımın da əməyi və fədakarlığı düşüncələrdə heyrət doğurmaya bilməz. Hər iki soyun adına layiq övladlar böyüdən bu ANA bilirdi ki,onun yetirmələri bu nəsillərin təfəkkürlərinin daşıyıcısı olaraq cəmiyyətin diqqət mərkəzində olacaqlar və o,yanılmadı. Bəli Zərifə xanım Azərbaycan xalqının bu gününün və sabahının qarantı olan,möhtərəm Prezidentimiz İlham Əliyevə xeyirxahlıq, kübarlıq, insanpərvərlik kimi keyfiyyətləri ana yadigarı olaraq bəxş etdi.

     Bu gün bütün dünyada xeyirxah Insan, UNESKO və İSESKO-nun Xoşməramlı səfiri kimi tanınan millət vəkili,ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın cəmiyyətin ən imkansız üzvlərinə, xəstələrə qayğısı, elmə mədəniyyətə,milli mədəni irsimizə təmənnasız xidməti də Zərifə xanımın ocağından güc alır.Bu müdrik,ziyalı insanın keçdiyi şərəfli yol hər bir Azərbaycanlı qadın üçün tükənməz xəzinədir.


     Heydər Əliyev irsinə sahib çıxan,onu davam və inkişaf etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin varislik prinsiplərinə sədaqəti danılmazdır.Bununla yanaşı Heydər Əliyev məktəbinin yetirməsi İlham Əliyevin yeritdiyi siyasi xətti Azərbaycan cəmiyyəti,Azərbaycan xalqı həmişə dəstəkləyib və hər zaman dəstəkləyəcəkdir. Bu hal o deməkdir ki, Heydər Əliyev irsi, onun siyasi kursu, sosial, iqtisadi,idioloji baxışlar sistemi daim yaşayacaqdır. O cümlədən dövlət,ailə,qadın və uşaq siyasətində də bu prinsiplər yaşayacaqdır.Bəli,bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin Heydər Əliyev modeli adlı siyasi anlayış dünya dövlətlərinin siyasiləri tərəfindən böyük maraqla öyrənilməkdədir. 


     Xüsusi qeyd etmək lazımdır ki,bu kurs indi daha çevik,daha sərbəst şəkildə dünya proseslərinə inteqrasiya olunmuş tərzdə start götürüb və bu gün yeni prinsipləri,yeni üsul və metodları da özündə birləşdirir.Əlbəttə ki,bütün bunlar isə layiqli varisin – cənab Prezidentin yeni düşüncə və yeni təfəkkürünün məhsulu kimi meydana gəlmişdir.Bu səbəbdəndə Sizin hər bir çıxışınızı dinləyərkən biz vətəndaşlar da Sizinlə - Heydər Əliyev irsinin davamçısı kimi qürur  hissləri keçiririk.Səbəbi isə çox sadədir! Dünya xəritəsində kiçik bir dövlət olan Azərbaycanımızın qüdrətli bir dövlətə çevrilməsi uğrunda hətta qlobal iqtisadi güc mərkəzlərinin, hegemonluq iddialarından əl çəkə bilməyən superdövlətlərin, xain qonşularımızi dəstəkləyən və bu günə qədər də Azərbaycanımızla əlaqədar ikili standartlardan əl çəkə bilməyən bir sıra siyasi dairələrin siyasi, təhrikçi təzyiqlərinin qarşısında balanslı siyasət yürüdən cənab Prezidentimiz sözün əsl mənasında bu qlobal güclərə qarşı sinə gələrək bu gün ölkəmizi firavan – işıqlı  gələcəyə  doğru inamla aparır və ökəmiz öz inkişafı ilə bütün dünyanı heyrətə gətirir.Budur bizim qürur mənbəyimiz!


          Möhtərəm Cənab Prezident  və xanım Mehriban Əliyeva!

     Danılmaz bir faktdır ki,hər hansı dövlət o zaman güclü olur ki, onun güclü idarəçilik və dövlətçilik prinsiplərilə yanaşı dövlətini sevən və ona dəstək olan güclü vətəndaş cəmiyyəti müvcud olsun.Zaman keçdikcə biz vətəndaşlar bu faktorların Azərbaycanda mövcud olduğunun təkrar-təkrar şahidi oluruq.Biz vətəndaşlar 13 May 2014-cü il tarixli Xəzər televiziyası ilə nümaiş edilən Rezonans verlişinin tamaşaçıları olaraq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tarixi incəsənət əsərinə baxaraq bird daha buna tam əmin olduq. (daha ətraflı www.milliirs.com və www.youtube.com – Muxtar Veliyev)Təəssüflə qeyd etmək lazımdır ki,Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu tarixi incəsənət əsərlərinin memarı olan Vəliyev Muxtar Seyfəddin oğlu bir qrup cinayətkar tərəfindən aldadılaraq onların çirkin əməllərinin günahsız qurbanına çevrilməklə 13 illik azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.Hansı ki,Sumqayıt şəhər İctimaiyyəti olaraq biz bu gənc insanın və onun ailəsinin çirkin əməllərdən uzaq olduğuna çox yaxşı bələdik.Elə bu səbəbdəndir ki, biz bu gün də Muxtar Vəliyevin günahsız olduğuna inanırıq.Bizim bu inamımızın danılmaz sübutu isə odur ki,Vəliyev Muxtar Seyfəddin oğlunun yaratdığı tarixi incəsənət əsərlərinə baxdıqdan sonar biz 13 illik məhkumluğa düçar olmuş bir gəncin qəlbində nə qədər böyük məhəbbət hissinin olduğunun bir daha şahidi olduq.Tarxi həqiqətdir ki, alovlu məhəbbət hissi ilə qovrulmayan insan ətrafdakıları riqqətə gətirən əsər yarada bilməz.Bunun üçün insanda şəxsiyyət sevgisi, vətən sevgisi, ümumi şəkildə desək vətəndaş mövqeyinin olması vacibdir.Bu gəncin yaratdığı Buta adası,Günəş şəhəri əsərində biz bu faktorların hamısının bir daha  şahidi olduq. Hansı ki, bu gün də həyacanımızı gizlədə bilmirik.Vəliyev Muxtar Seyfəddin oğlunun yaratdığı həmin incəsənət əsərlərinə baxarkən biz Sizin hər zaman təkrar_təkrar dilə gətirdiyiniz  kreativ düşüncənin bu gəncdə cəmləşdiyinin şahidi olduq,ona görə də, bu gənci məhbus divarları arxasında aşkarlayaraq üzə çıxaran Rezonans Studiyasının əməkdaşlarına dərin təşəkürlərimizi bildiririk.Hansı ki, dünyada analoqu olmayan bu möhtəşəm layihədə biz”Heydər Əliyev İrisinin Araşdırılması və Milli siyasət Akademiyasının memarlıq əsəri”;vətənpərvərlik simvolları,Heydər Əliyev dühası ilə yenidən doğan və İlham Əliyev mətanəti ilə dünyaya işıq saçan azad Azərbaycanın simvolu “Azadlıq qalası memarlıq əsəri”;iki qanadı ilə qız balalarının rəmzi olan, cəmiyyət içində “Xeyrhaqlıq mələyi” kimi qəbul etdiyimiz və Mehriban xanıma ithaf olunmuş “Mələk qalası memarlıq əsəri”;Türk birliyinin rəmzi “Turan qalası memarlıq əsəri”;və nəhayyət, bu əsərdə əsas diqqəti cəlb edən cəhət günəş kimi parlayaraq dünyaya işıq saçan Azərbaycanımız kimi ideyaların şahidi olduq.Bu kiçik təqdimatda  ən yadda qalan hal filmin sonluğudur ki, biz vətəndaşlar bir daha anladıq ki, Azərbaycan sevgisi nə deməkdir.Bu gənc Heydər Əliyevin Azərbaycana məhəbbətinin necə olduğunu biz vətəndaşlara örnək olacaq şəkildə təqdim edə bilmişdir. (daha ətraflı www.milliirs.com və www.youtube.com – Muxtar Veliyev)Sözün əsl mənasında o, biz vətəndaşları kövrəltməyi bacardı.Bəli,həqiqətən də kicik bir süjetlə böyük insanın alovlu məhəbbətini bizə catdıran bu gəncə halal olsun!Bəlkə də bu hissləri çatdırmaq üçün çoxserialı bir film də bəs etməzdi. Amma bu gənc memar Vəliyev Muxtar Seyfəddin oğlu isə bu hissləri bizə öz tarixi incəsənət əsərlərində çox böyük məharətlə çatdıra bildi.Hansı ki sizing tövsiyyə etdiyiniz yaradıcılıq təfəkkürü də məhz budur. Bəli, o ictimayyəti təccübləndirməyi bacardı.Dünyanın bir çox bölgələrindən bu gün  bizlərə gələn çoxsaylı zənglər də, bunu bird aha təsdiq edir.
     
          Möhtərəm Cənab Prezident  və xanım Mehriban Əliyeva!
     Təəssüflər olsun ki,belə istedadlı bir gənc bu gün məhkumluq həyatı yaşayır. Özüdə nə az-nə də çox,on üç il. Biz vətəndaşlar öz-özümüzə sual veririk ki, görəsən bu gənci bağışlamaq olmazmı? Bu ğün Vəliyev Muxtar Seyfəddin oğlunun həbsinin onun ailəsinin həyat şəraitinə təsiri bizi çox narahat edir.Bəli, maddi təminatdan məhrum olmuş üç körpəli ailəsinin vəziyyəti bizi çox narahat edir.Bildiyimizə görə  hazırda ibtidai sinif şagirdi olan istedadlı körpələri qan azlığından və loqonevroz xəstəliklərindən əziyyət çəkir. Əlbəttə ki, biz  bu gəncin ziyalı ailəsinidə tərbiyə aldığını bilirik,onun ailəsinə bələdik, onlardakı vətənpərvərlik hisslərinin nə qədər güclü olduğuna da, əminik. Ona görə də, halal cörəklə yaşayan bu ailədə bir cinayətkar yetşə biləcəyinə biz inanmırıq.

         Möhtərəm Cənab Prezident  və xanım Mehriban Əliyeva!

     Apardığınız uğurlu daxili-xarici siyasətinizi hər zaman bütünlüklə dəstəkləyən və məhz Sizin uğurlu siyasətiniz nəticəsində bu gün ölkəmizin gündən-günə yüksəlməkdə olan elmi-mədəni, sosial-iqtisadi, sürətli-dinamik inkişafina və hər zaman yüksələn xətt üzrə davam edən çoxsaylı uğurlarına ürəkdən sevinən Sumqayıt şəhər İctimaiyyəti olaraq sizə müraciət edirik və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəza-çəkmə müəssisəsində saxlanılan Vəliyev Muxtar Seyfəddin oğlunu Əfv etməyinizi,onu bağışlamanızı,əgər hər hansı formada günahkar olsa da belə ona qarşı humanistlik göstərməyinizi Sizdən xaiş edirik. Qoy Sizin xeyir duanız ilə onun “Mənim məqsədim  dunya memarlıq incilərini Azərbaycana gatirmək deyil,öndə duran məqsədim Azərbaycanı müasir mümarlıq səntinin incisi kimi bütün dünyaya tanıtmaqdır” ideyası həyata keçsin.Ümidvarıq ki, onun ideyaları Azərbaycanımızda məhz Sizin himayəniz altında həyata keçəcəkdir! (daha ətraflı www.milliirs.com və www.youtube.com – Muxtar Veliyev)

           Sizə dərin ehtiram və inamla:

      Azərbaycan Respublikası, Sumqayıt Şəhər İctimayyəti.


______________________________________________________

Azərbaycan Respublikası
Prezident Administrasiyasının Rəhbəri
Akademik Cənab Ramiz Mehdiyevə

Sumqayıt şəhər İctimaiyyəti adından

Müraciət

          Hörmətli Ramiz müəllim! 
     Əgər bəşəriyyətin tarixi təkamül prosesinə diqqət etsək görərik ki, hər hansı xalqın sosial-iqtisadi durumunun mənzərəsini, milli-mənəvi irsini mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünə məxsusluğunu gələcək nəsillərə ötürmək missiyanın ağırlığı onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin çiyinlərinə düşür. Belə şəxsiyyətlər həmişə tərəqqiyə xidmət edən ali məqsədlər uğrunda gedən mübarizənin bayraqdarı olub, siyasi şanslardan xalqının xoşbəxt gələcəyi naminə məharətlə, müdrük çevikliklə istifadə edib, gələcəyə doğru hər zaman inamla addımlamışlar. Heç də təsadüfi deyil ki, belə bənzərsiz şəxsiyyətlərdən biri də, məhz SİZSİNİZ.

     Bəli, ölkəmizin dünənki və bugünki həyatında və zirvələrə doğru ucalmasında SİZİN də əməyiniz az deyil. Hansı ki, çoxsaylı əsərlərinizi oxuyarkən bunu bir daha şahidi oluruq və dəyərli fikirlərinizi hər zaman tövsiyyə kimi qəbul edirik.

     Siz Azərbaycan siyasət tarixinin canlı əfsanəsisiniz. Sizin sənət adamlarına, xsusən də gənclərə yüksək qayğı və məhəbbətiniz biz vətəndaşları hər zaman sevindirməkdədir. Danılmaz bir faktdır ki, hər hansı dövlət o zaman güclü olur ki, onun güclü idarəçilik və dövlətçilik prinsipləri ilə yanaşı dövlətini sevən və ona dəstək olan güclü vətəndaş cəmiyyəti mövcud olsun. Zaman keçdikcə biz vətəndaşlar bu faktorların Azərbaycanda mövcudluğunun təkrar-təkrar şahidi oluruq. Bəli, Azərbaycan xalqı həqiqətən də çox xöşbəxtdir ki, onun SİZİN kimi ağsaqqlaı, SİZİN kimi görkəmli ziyalısı-Ramiz  Mehdiyev kimi bir şəxsiyyəti var.

     Sumqayıt şəhər İctimaiyyəti olaraq bizim SİZƏ bu müraciəti ünvanlamağımızın səbəbi isə 13 may 2014 cü il tarixli Xəzər televiziyasının “Rezonans” verilişində nümayiş etdirilən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tarixi incəsənət əsərlərinin müəllifi gənc memar-dizayner Vəliyev Muxtar Seyfəddin oğlu ilə bağlıdır. Hansı ki, bu gənc memarın Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi həmin tarixi incəsənət əsərləri bizi heyrətə gətirdi. (daha ətraflı www.milliirs.com və www.youtube.com – Muxtar Veliyev)Təəssüflə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu tarixi incəsənət əsərlərin memarı olan Vəliyev Muxtar Seyfəddin oğlu bir qrup cinayətkar tərəfindən aldadılaraq onların çirkin əməllərinin günahsız qurbanına çevrilməklə on üç illik azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hansı ki, Sumqayıt şəhər İctimaiyyəti olaraq biz bu gənc insanın və onun ailəsinin çirkin əməllərdən uzaq olduğuna çox yaxşı bələdik. Elə bu səbəbdəndir ki, biz bu gün də Muxtar Vəliyevin günahsız olduğuna inanırıq. Bizim bu inamımızın danılmaz sübutu isə odur ki, Vəliyev Muxtar Seyfəddin oğlunun yaratdığı tarixi incəsənət əsərlərinə baxdıqdan sonra biz on üç illik məhkumluğa düçar olmuş bir gəncin qəlbində nə qədər böyük məhəbbət hissinin olduğunun bir daha şahidi olduq.Tarixi həqiqətdir ki, alovlu məhəbbət hissi ilə qovrulmayan insan, ətrafdakıları riqqətə gətirən əsər yarada bilməz.Bunu üçün insanda şəxsiyyət sevgisi,vətən sevgisi, ümumi şəkildə desək vətəndaş mövqeyinin olması vacibdir. Bu gənc memar Vəliyev Muxtar Seyfəddin oğlunun yaratdığı Buta adası, Günəş şəhəri əsərində biz bu faktorların bird aha şahidi olduq. Hansı ki, bu gün də həyəcanımızı gizlədə bilmirik. Həmin tarixi incəsənət əsərlərinə baxarkən biz bu gəncdə yüksək kreativ düşüncənin cəmləşdiyinin şahidi olduq, ona görə də bu gənci məhbəs divarları arxasında aşkarlayaraq üzə çıxaran “Rezonans” studiyasının əməkdaşlarına və Ədliyyə Nazirliyinin rəhbərliyinə dərin təşəkkürlərimizi bildiririk. Hansı ki, dünyada analoqu olmayan bu möhtəşəm Layihədə biz “Heydər Əliyev İrsinin Araşdırılması və Milli Siyasət Akademiyasının memarlıq əsəri” , vətənpərvərlik simvolları, Heydər Əliyev dühası ilə yenidən doğan və İlham Əliyev mətanəti ilə dünyaya işıq saçan azad  Azərbaycanın  simvolu “Azadlıq Qalası memarlıq əsəri” , iki qanadı ilə qız balalarının rəmzi olan cəmiyyət içində “Xeyirxahlıq Mələyi” kimi qəbul etdiyimiz və Mehriban xanıma ithaf olunmuş “Mələk Qalası memarlıq əsəri” , Türk birliyinin rəmzi “Turan Qalası memarlıq əsəri” və nəhayət bu əsərdə əsas diqqəti cəlb edən cəhət günəş kimi parlayaraq dünyaya işıq saçan Azərbaycanımız kimi ideyaların şahidi olduq. (daha ətraflı www.milliirs.com və www.youtube.com – Muxtar Veliyev)

     Bəli bu gənc Heydər Əliyevin Azərbaycana məhəbbətinin necə yüksək olduğunu biz vətəndaşlara  örnək olacaq şəkildə təqdim edə bilmişdir. Bəli həqiqətən də kiçik bir süjetlə böyük insanın alovlu məhəbbətini bizə çatdıran bu gəncə halal olsun! Bəlkədə bu hissləri çatdırmaq üçün çox seriyalı bir film də bəs etməzdi. Amma gənc memar Vəliyev Muxtar seyfəədin oğlu isə bu hissləri bizə öz tarixi incəsənət əsərlərində çox böyük məharətlə çatdıra bilmişdir. Bəli bu gənc ictimaiyyəti təcübləndirməyi həqiqətən bacardı.Hansı ki, dünyanın bir çox bölğələrindən bu gün bizlərə gələn çoxsaylı zənglər də bunu bird daha təsdiq edir.

          Hörmətli Ramiz müəllim!
     Təəssüflər olsun ki belə istedadlı bir gənc bu gün məhkumluq həyatı yaşayır. Özü də nə az-nə də çox, on üç il.Onun yaratdığı tarixi incəsənət əsərlərinə baxarkən biz vətəndaşlar öz-özümüzə sual veririk ki, görəsən bu gənci bağışlamaq olmazmı? Bu gün Vəliyev Muxtar Seyfəddin oğlunun həbsinin onun ailəsinin həyat şəraitinə təsiri bizi çox narahat edir.Bəli, onun maddi təminatdan məhrum olmuş üç körpəli ailəsinin vəziyyəti həqiqətən bizi çox narahat edir. Bildiyimizə görə onun hazırda ibtidai sinif şagirdi olan istedadlı körpələri qan azlığından və loqonevroz xəstəliklərindən əziyyət çəkir.

     Əlbəttə ki, biz bu gəncin ziyalı ailəsində tərbiyyə aldığını bilirik, onun ailəsinə bələdik,onlardakı vətənpərvərlik hisslərinin nə qədər güclü olduğuna da əminik. Ona görədə hər zaman halal çörəklə yaşayan bu ailədə bir cinayətkarın yetişə biləcəyinə biz inanmırıq. Elə bu səbəbdən də bu gün Sumqayıt şəhər İctimaiyyəti olaraq biz SİZƏ müraciət edirik və əgər hər hansı formada günahkar olsada belə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Vəliyev Muxtar Seyfəddin oğlunun Əfv olunmasından, onun bağışlanmasından ötrü köməklik göstərməyinizi Sizdən xahiş edirik.

     Qoy sizin köməyinizlə onun “Mənim məqsədim dünya memarlıq incilərini Azərbaycana gətirmək deyil,mənim başlıca məqsədim Azərbaycanı müasir memarlıq sənətinin incisi kimi bütün dünyaya tanıtmaqdır” ideyası uğurla həyata keçsin.Ümüdvarıq ki, bu gənc memarın öz ideyalarını Azərbaycanımızda həyata keçirməsindən ötrü köməyinizi əsirgəməzsiniz. (daha ətraflı www.milliirs.com və www.youtube.com – Muxtar Veliyev)


          Sizə dərin ehtiram və inamla :
     Azərbaycan Respublikası, Sumqayıt şəhər İctimaiyyəti.
(Toplanan İmzaların sayı günü-gündən artmaqda davam edir.)































0 коммент.:

Post a Comment

 
Top